Novosibirsk Dövlət Universitetinin professoru ADPU-da mühazirə keçirib
Bakı, 25 yanvar, AZƏRTAC
Novosibirsk Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sobolev adına Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru İvan Maltsevin Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) məruzəsi dinlənilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, İ.Maltsev cəbr və məntiq sahəsində SSRİ Elmlər Akademiyasının Sibir bölməsində, həmçinin Novosibirsk Dövlət Universitetində aparılan elmi-tədqiqat işləri və öz elmi nəticələri barədə məlumat verib.
Elmi seminardan sonra professor İ.Maltsev universitetin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərovla görüşüb.
Görüşdə Rusiya və Azərbaycan universitetlərinin əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində professor İ.Maltsevin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, Bakı Dövlət Universitetində, Gəncə Dövlət Universitetində də məruzələri nəzərdə tutulub.