DÜNYA
Nyu-York birjasında WTI markalı neftin barreli 58 dollardan da aşağı satılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Nyu-York əmtəə birjasında WTI markalı neftin barreli 2,14 dollar ucuzlaşaraq 57,81 dollara satılıb. Bu, 2009-cu ilin mayından indiyədək ən aşağı göstəricidir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nyu-York birjasında neftin barrelinin qiyməti həftənin yekununa görə 12 faiz (8 dollar) ucuzlaşıb.
Price Futures Group treydinq kompaniyasının analitiki Fil Flinnin fikrinə görə, qiymətlərin kəskin düşməsinə Beynəlxalq enerji agentliyinin (BEA) gələn il üçün neftə olan tələbatın azalmasına dair proqnozu səbəb olub. Belə ki, BEA 2015-ci il üçün tələbatın sutkada 230 min barrelldən 900 barrelə qədər azalacağını güman edir. Yeni proqnozlara görə, gələn il neftə olan tələbat sutkada 93,3 milyon barrel olacaq.
Həmçinin noyabr ayında Çinin sənaye istehsalındakı geriləmə ilə bağlı məlumatlar da Nyu-Yorkda neftin qiymətinin ucuzlaşmasına səbəb olub. Dekabrın 12-də CXR dövlət statistika idarəsi sənaye istehsalındakı artımın oktyabr ayı ilə müqayisədə 0,5 faiz azaldığını xəbər verib.
Alpari broker kompaniyasının analitiki Kreyq Erlam neftin qiymətinin sabitləşəcəyinə dair əlamətlərin görünmədiyini və artıq yaxın zamanda “qara qızılın” barrelinin 50 dollara enəcəyini deyib.