Azərbaycan Dövlət İnformasiya Agentliyi

O gün uzaqda deyil!

O gün uzaqda deyil!

Bakı, 14 fevral, AZƏRTAC

İllər keçsə də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər unudulan deyil. Top, mərmi və avtomat atəşlərinin qulaq batıran uğultusu, od vurulub yandırılan evlər, amansızlıqla qətlə yetirilən sakinlər xalqımızın qan yaddaşında əbədi izlər qoyub. Xüsusilə də soyqırımı gecəsinin şahidlərinin…

Cəlil Vəliyev Xocalı sakinidir, sovet ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra yerli özünümüdafiə batalyonuna yazılıb. Xocalının fəal müdafiəçilərindən olan Cəlil bir neçə il erməni yaraqlılarına layiqincə cavab verib. Lakin soyqırımı gecəsindən bir neçə gün əvvəl mühasirə həlqəsinin daraldığını, silahların azlığını görüb hərbi sursat əldə etmək üçün Ağdama gedib.

O, qətliam gecəsini xatırlayaraq, AZƏRTAC-ın müxbirinə deyib: “Evimiz şəhərin Qaladərəsi adlanan məhəlləsində yerləşirdi. Həmin gecə atam Şahmar, qardaşım Kamal, onun 2 yaşında qızı Afət, əmim Əvəz, bibim Zəhra kənddə olublar. Xocalını üç istiqamətdən vaxtaşırı atəşə tuturdular. Fevralın 26-na keçən gecə də şəhər hər tərəfdən güclü və aramsız atəşə tutulub. Ermənilərin aramsız atəşləri altında vəziyyətin ağırlığını görən insanlar dəstə-dəstə öz yaşayış yerlərini tərk etməyə başlayıb. Ailə üzvlərim 278 nəfərlik bir dəstə ilə Qarqar çayını keçərək Kətik kəndinə doğru istiqamət götürüblər. Qarlı və şaxtalı havanı çöldə gecələyən insanlar bir neçə dəfə ermənilərin atəşinə tuş gəlsə də, səhəri birtəhər açıblar. Atam həmin ərazilərə çox yaxşı bələd olduğundan cavanlara deyib ki, bir az yuxarıda düzəngah və orda tək armud ağacı var. Həmin əraziyə çıxa bilsək, Abdal-Gülablıya doğru istiqamət götürərik. İki sutka qarın içində qaldıqlarından ayaqlarını don vuranlar olub. O qədər camaatın, qız-gəlinin çölün düzündə soyuq havada davam gətirməyinin mümkünsüzlüyünü görüb Abdal-Gülablıya istiqamət götürüblər. Lakin bir qədər gedəndən sonra duman çəkiləndə yolu səhv saldıqlarını başa düşüblər. Onların üz tutduqları istiqamətdə Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq və Dəhraz kəndləri yerləşirdi. İrəlidə bir dəstə adam əl edərək təmiz Azərbaycan dilində onlara tərəf gəlməyə çağırırdı. Yaxınlaşan kimi onların ermənilər olduğunu görüblər. O qədər adamın içində əlində avtomat olan cəmi beş nəfər olub. Ermənilər dərhal onları mühasirəyə alaraq silahları təhvil verməyi tələb ediblər. Bibim Zəhra mühasirəyə düşmək istəməyib qaçmağa cəhd göstərəndə onu qətlə yetiriblər. Əlində avtomat olan 22 yaşlı Telman müqavimət göstərmək istəyəndə dərhal onu da qətlə yetiriblər. Silahlı ermənilər bizim camaatı dörd tərəfdən mühasirəyə alıb Dəhraz kəndində mal fermasına aparıblar. Neçə gündən bəri ac-susuz olan insanların qabağına çiy kartof töküblər. Sonra stolların üstünə vedrə və qazan düzərək mühasirəyə düşənlərdə olan qızılları həmin qablara yığmağı əmr ediblər. Təhvil verməyənləri güllələnmək gözləyirdi. Kimdə qiymətli qızıl-gümüş varsa, hamısını əllərindən alıblar. Mühasirəyə düşənləri gecə orada saxlayıblar”.

Hadisədən sonra Ağdama doğru üz tutan həmyerlilərinin köməyinə gedən Cəlil dostu Yunis Orucovla qarşılaşıb. Onun yaralarını sarıyıb, Xocalı sakinlərindən qolundan güllə yarası alan Dilbər xala və kassir Teymurla rastlaşıb. BMP-dən atılan atəşlə qətlə yetirilən Zeynalın qızı Çiçəyi gördüyünü xatırlayır. Qaraqaya postuna girməyə cəhd göstərsələr də, düşmən atəşi heç cür buna imkan verməyib.

“Haradasa saat 11 radələrində "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin oğlu Canpolad tankla gəlib Qaraqaya kəndinə girməyə cəhd göstərdi. Elə bu vaxt ermənilərin BMP-si tankı hədəfə götürüb atəş açdı. Canpolad Rzayevlə birlikdə 14 nəfər orada şəhid oldu”,- deyə Cəlil xatırlayır: “Ermənilər bu hadisədən sonra Xocalıdan gələn dəstənin qarşısını kəsib özləri ilə apardılar və üç tərəfdən bizi atəşə tutdular. Dərəyə enib mövqe tutmaq istəyəndə yaxınlıqdakı kolun arxasında gizlənən erməni yaraqlısı məndən irəlidə gedən Ağdamın Şelli kəndindən olan Xosrovu avtomat atəşinə tutdu. Biz erməninin harada gizləndiyini görəndə o, əllərini qaldıraraq, “Məni öldürməyin, sizə lazım olacağam”, - deyə yalvarmağa başladı. Lakin Milli Ordunun əsgərləri onun yalvarışlarına məhəl qoymadılar. Ermənilərin əsir apardıqları sakinlərlə aramızda o qədər də uzaq məsafə olmasa da, onların hədəfə gələcəyindən ehtiyatlanaraq atəş aça bilmədik. Həmin ərazinin yaxınlığında ölümcül yaralanmış hamilə qadın və ondan bir qədər aralıda yaralanmış körpə qız uşağı gördüm. Qadın son nəfəsində qışqıraraq mənə uşağı götürməyi tapşırdı. Mən güllənin yançağını dalayaraq keçən körpəni özümlə götürüb Qaraqayadan aşağıda dayanan maşınla onu Ağdama çatdırdım”.

Cəlil Vəliyev bir neçə hərbçi ilə aparılan girovların ardınca Dəhraza getdiklərindən danışırb: “Fevralın 28-də on nəfər silahlanıb girovları azad etmək üçün yola düşdük. Bibim oğlu Fazil də bizimlə bir dəstədə idi. Abdal kəndindən dərə ilə dik yuxarı qalxanda bir də gördük ki, girovların bir hissəsini buraxıblar və onlar sel kimi dərə aşağı gəlirlər. Atam da gələnlərin içində idi. Fazillə atama yaxınlaşıb görüşdük, girovların qalan hissəsinin taleyi ilə maraqlandıq. Məlum oldu ki, Fazilin atasını ermənilər özləri ilə aparsalar da, anasını güllələyiblər. Ondan başqa Kamran kişinin oğlanları Əlyar, Zakir və Elşad Usubov qardaşları olmaqla kəndin ən say-seçmə gənclərindən 11 nəfər güllələnib, 40 nəfəri özləri ilə aparıblar. Qayıdanların arasında qardaşım Kamalı axtarıb tapdım, onu maşına əyləşdirəndə huşunu itirdi. Quldurlar avtomatın qundağı ilə vurub onun mədəsinə ağır xəsarət yetirmişdilər. Qayıdandan sonra qardaşımı mədəsindən əməliyyat olundu. Girovluqdan qayıdan günün səhəri atam Dəhraza gedib ermənilərdən bacısı Zəhranın meyitini geri aldı”.

...Hazırda paytaxtın Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” şəhərciyində yaşayan Cəlil hər ilin fevral ayı gələndə uzaq illərin arxasından boy göstərən acı xatirələri təzədən yaşayır, xatırladıqca tutulur, kövrəlir, göynəyir. Doğma yerlərə dönmək arzusu bir an da olsun onu tərk etmir. Vətən müharibəsində qazanılan Qələbədən sonra bu arzusunun həyata keçəcəyinə lap az qaldığını düşünür...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasıya buraxılır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib