OĞUZ ŞƏHƏRİNDƏ YENİ PARK SALINIR
Üç hektar ərazisi olan parkda əhalinin asudə vaxtını mənalı və səmərəli keçirməsi üçün hər cür şərait yaradılacaqdır. Parkda fəvvarələr, yelləncəklər, attraksionlar quraşdırılacaq, yaşıllıqlar salınacaqdır. Parkın mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılacaqdır.
Mədəniyyət və istirahət parkının bu ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulur.