Ölkə əhalisinin sayının 10 milyona çatması münasibətilə Gəncədə bayram konserti təşkil edilib
Gəncə, 9 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Azərbaycan əhalisinin sayının 10 milyona çatması münasibətilə bayram konserti təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev meydanında keçirilən konsertdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər və şəhərin qonaqları iştirak ediblər.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tamaşaçılar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış edib. Konsert boyu meydanda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandırılıb. Şən mahnılar, bir-birindən maraqlı rəqslər tamaşaçıların alqışları ilə müşayiət olunub.