Ölkəmizdə əhalinin sayının 10 milyon nəfərə çatması Ağdamda sevinclə qeyd edilir
Ağdam, 7 aprel, AZƏRTAC
Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da sevinclə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə aprelin 7-də rayonun yaşayış məntəqələrində konsert proqramları keçirilib. Əfətli, Xındırıstan, Güllücə, Qıyaslı kənd uşaq musiqi məktəblərinin təşkil etdiyi konsertlər sakinlər tərəfindən maraqla qarşılanıb.