ÖLÜMLƏ NƏTİCƏLƏNƏN YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhər sakini Fəzilə Əsgərova Abşeron rayonunun ərazisində idarə etdiyi “Hyunday” markalı avtomaşını aşırmışdır. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər-Bakı şəhər sakinləri Əsgər Əsgərov, onun arvadı Ulduzan və Yeganə Əsgərova xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.
Şəki şəhərinin ərazisində Xaçmaz rayon sakini Ruhəddin Kərimovun sürdüyü “VAZ-21150” markalı avtomaşınla şəhər sakini Muxtar Abdullayevin idarə etdiyi “MTZ-82” markalı traktor toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Kərimovun avtomobilində olan sərnişin-Oğuz rayon sakini Rais Əhmədov orada ölmüşdür.
Hadisələrlə bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]