On milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Şamaxıda 1000-ə yaxın ağac əkilib
Şamaxı, 8 aprel, AZƏRTAC
Şamaxı rayon sakinləri Azərbaycanda 10 milyonuncu sakinin dünyaya gəlməsini böyük sevinclə qarşılayıblar və bu münasibətlə kütləvi ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya rayon icra hakimiyyəti və 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və tələbələr, gənclər, habelə ictimaiyyət nümayəndələri bu sevincli hadisə münasibətilə təşkil olunan aksiyada fəal iştirak ediblər. Avtomobil yollarının ətraflarında, şəhərin küçə və parklarında 1000-ə yaxın həmişəyaşıl ağacı əkilib.
Ağacəkmə aksiyası rayon mərkəzində, eləcə də bütün yaşayış məntəqələrində davam etdiriləcək.