Özbəkistan çempionu baş məşqçisi ilə yollarını ayırıb
Bakı, 23 dekabr, AZƏRTAC
Özbəkistanın “Paxtakor” futbol komandası baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabından paylaşım edib. Gürcüstanlı baş məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: “Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, 2017-ci ildən “Paxtakor”da işləyən Ş.Arzeladze 2019-cu və 2020-ci il mövsümündə Özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda AZ, Türkiyədə “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor”a rəhbərlik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]