Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

Parlamentdə “Heydər Əliyev-100: Müasir Azərbaycan–sosial rifah və sosial ədalət dövləti” adlı konfrans keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Heydər Əliyev - 100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransa Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev moderatorluq edib.

Musa Quliyev giriş nitqi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub və bu çərçivədə ölkəmizin hər yerində, eləcə də respublikamızın hüdudlarından kənarda Ulu Öndərin xatirəsinə həsr edilmiş bir çox tədbirlər keçirilir. Qədirbilən xalqımız Azərbaycanın dahi oğlunun xatirəsini əziz tutur, onun Vətənimiz və millətimiz qarşısında çoxşaxəli tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayır.

Çıxışında Musa Quliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəsinə həsr edilmiş həyat yoluna nəzər salıb.

O, Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipini “dövlət xalq üçündür” ideyası təşkil etdiyini vurğulayaraq, Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyətinin bariz şəkildə öz təsdiqini tapdığını diqqətə çatdırıb. Deputat bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, Azərbaycanın sosial dövlətə çevrilməsindən bəhs edib. Eyni zamanda, Azərbaycan insanının sosial müdafiəsi və sosial rifahı siyasətinin uğurlarından və nailiyyətlərindən danışıb, ölkəmizin sosial siyasətin və geniş spektrli sosial dəstək proqramlarının həyata keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb.

Sonra konfransda mövzu ilə bağlı təqdimatlar keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycanın uğurlu sosial dövlət modeli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzə ilə çıxış edib.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin ən böyük nəticəsinin xalqımıza bəxş etdiyi milli dövlət, daim tərəqqi edən müasir müstəqil Azərbaycan Respublikası olduğunu vurğulayan Sahil Babayev bu gün Zəfər dövrünü yaşayan qalib Azərbaycan xalqının daim artan sosial rifahının əsasında da Ulu Öndərin müdrik, uzaqgörən və uğurlu sosial inkişaf strategiyası dayandığını bildirib.

Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü xalqın sosial rifahının gücləndiyi və etibarlı sosial müdafiə sisteminin formalaşdığı dövr kimi xarakterizə edən nazir diqqətə çatdırıb ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana ali rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının qabaqcıl respublikalardan birinə çevrilib.

Sahil Babayev bildirib ki, əhalinin rifahına böyük qayğı ilə yanaşan Heydər Əliyev həssas əhali qruplarına dövlət qayğısının artırılmasına, əmək və məşğulluq sahələrinin inkişafına xidmət edən çoxsaylı sənədlər imzalayıb və daim güclənən milli sosial müdafiə sistemini formalaşdırıb.

Nazir vurğulayıb ki, bu gün sosial sahədə uğurla həyata keçirilən bir çox proqramlar, o cümlədən Azərbaycanın bu sahədə nadir təcrübəsi olan şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatı, onlara minik avtomobillərinin verilməsi, reabilitasiya mərkəzləri şəbəkəsinin qurulması kimi proqramlar da ötən əsrin 90-cı illərində Ulu Öndərin tapşırığı ilə başlanılıb.

Çıxışında Sahil Babayev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb. Son 20 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılıb, sosial müdafiə və aktiv məşğulluq proqramları xeyli genişləndirilib, müasir və etibarlı, dayanıqlı sosial təminat sistemi qurulub. Nazir ötən 20 ildə sosial müdafiə və sosial təminat xərclərindəki, sosial ödəniş növlərindəki əhatəliliyin artması, ümumilikdə sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsi ilə bağlı göstəriciləri diqqətə çatdırıb.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı "Sosial siyasətin Heydər Əliyev modeli" adlı məruzə ilə çıxış edib.

Çıxışı slaydlarla müşayiət olunan Məlahət İbrahimqızı müasir müstəqillik tariximizdə ölkəmizin ən ağır vəziyyətində Ulu Öndər Heydər Əliyevin müdrikliyi və zəngin dühası ilə formalaşmış dövlət sosial siyasət strategiyası, onun prioritetləri, qanunverici bazası barədə geniş təqdimat edib.

Məlahət İbrahimqızı vurğulayıb ki, çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin dövründə Azərbaycanın müasir zəfərlərinin əsası qoyulub. Bu gün onun siyasi kursunun uğurla davam etdirilməsi sayəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyaraq intibah dövrünü yaşamaqdadır.

Sonra Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev “Azərbaycanda sosial rifah dövləti quruculuğu və sosial siyasət prioritetləri” mövzusunda məruzə ilə çıxış edib.

O, aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində ölkəmizdə sosial dövlətin bir çox parametrləri üzrə, o cümlədən sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması kimi məsələlər üzrə əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Konfransda iştirak edən parlamentin komitə sədrləri Əhliman Əmiraslanov, Zahid Oruc, Hicran Hüseynova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, deputatlar Jalə Əliyeva, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Elşad Mirbəşir oğlu və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, uğurla həyata keçirilən və inkişaf edən sosial siyasət kursunun əsas istiqamətləri barədə çıxış ediblər. Onlar bu konfransın Ümummilli Liderimiz tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini, onun elmi-nəzəri əsaslarının, sosial transformasiyanın bir daha dərindən öyrənilməsi işində əhəmiyyətini qeyd ediblər. Çıxışçılar Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun olaraq yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyasının ölkəmizdə mühüm sosial irəliləyişlərə nail olunmasını təmin etdiyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi VİDEO

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı