PAYTAXTIN SURAXANI VƏ BİNƏQƏDİ, FÜZULİ RAYONLARINDA YANĞIN OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 10-da Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin “V” sahəsindəki 2 nömrəli evin 63-cü mənzilində yaşayan 2-ci qrup əlil Əziz Mehdiyev özünün 3 otaqlı mənzilini qəsdən yandırmışdır (mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir).
Yanğın zamanı mənzilin 25 kvadratmetr sahəsi və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra Ə.Mehdiyevin yanmış meyiti tapılmışdır.
Binəqədi qəsəbəsində, qəsəbə sakini Pirəli Cabbarova məxsus çörəkbişirmə sexində yanğın olmuşdur.
Füzuli rayonunun 2-ci Mahmudlu kənd sakini Nobat Məmmədovaya məxsus 4 otaqlı evdə yanğın baş vermişdir.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]