CƏMİYYƏT
Pensiyaçılara xidmət göstərən bankomatların sayı 512-yə çatdırılmışdır
Bakı, 1 yanvar (AZƏRTAC). Yola saldığımız ildə kənd yerlərində yaşayan pensiyaçıların pensiyalarının plastik kartlarla ödənilməsi genişləndirilmişdir.
Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2011-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdir. O vurğulamışdır ki, hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99 faizinin, şəhərlərdəki pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur.
S.Müslümov diqqətə çatdırmışdır ki, təkcə 2011-ci ildə fondun sifarişi ilə əlavə olaraq 15 bankomat quraşdırılmış və pensiyaçılara xidmət göstərən bankomatların sayı 512-yə çatdırılmışdır.