Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peyvəndlər hər il dünyada milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir YENİLƏNİB

Bakı, 24 aprel, Əziz Məmmədov, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycan üzrə ölkə ofisi və Səhiyyə Nazirliyi, immunlaşdırmanı xəstəliklərin qarşısını almaq və həyatları xilas etmək üçün əhəmiyyətli vasitə kimi təşviq etmək məqsədli Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçiriblər.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada səhiyyə və ədliyyə nazirliklərinin, DST-nin Azərbaycandakı ofisinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Analitik Ekspertiza Mərkəzinin, Dövlət İcbari Tibbi Sığorta Agentliyinin, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Səhiyyə Proqramları üzrə Ölkə Əlaqələndirmə Komissiyasının, habelə BMT-nin müvafiq agentliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib: “Peyvəndlər hər il milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir. Peyvəndlərin sayəsində Avropa regionunda qızılca, məxmərək, göy öskürək və digər oxşar xəstəliklər azalıb. Peyvəndlər uşaqların həyatı üçün ömürlük investisiyadır. Peyvəndlərin sayəsində, Avropa regionunda bir çox uşaq və yetişkinlərdə qızılca, məxmərək, epidemik parotit, difteriya, göy öskürək, tetanus və poliomielit kimi xəstəliklərə qarşı immunitet yaranıb. Pnevmokok bakteriyası, insan papilloma virusu, hepatit B virusunun daha ağır fəsadlarının qarşısını almaq üçün peyvənd olunanların sayında artım müşahidə olunur. Orta hesabla Avropa regionunun 90 faizi peyvəndlə əhatə olunub, 2017-ci ildə həmişəkindən daha çox uşaq qızılcaya qarşı iki doza peyvənd olunub. Peyvəndlə qarşısı alınan xəstəliklərdə azalma müşahidə edilsə də, hələ də bir çox insan peyvəndin qoruyucu faydalarından yararlana bilmir. İmmunlaşdırma ilə bağlı boşluqları doldurmaq və heç kimin kənarda qalmaması üçün daha çox birgə səy göstərmək lazımdır. 2018-ci ildə Avropa regionunda 82000 insan qızılcaya yoluxub və 72 nəfər bu xəstəlikdən dünyasını dəyişib. İmmunlaşdırmanın təminatında olan boşluqlar xəstəliklərin peyvənd olunmayan şəxslərə keçməsinə şərait yaradaraq yoluxucu, peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılması üçün zəmin yaradır. Avropa Peyvəndləşdirmə Tədbirlər Planının (2015-2020) hədəfi Avropa regionunu peyvəndlə qarşısı alınan xəstəliklərdən xilas etmək, ölkələrə yüksək keyfiyyətli, təhlükəsiz və münasib qiymətli peyvəndə əlçatanlığın bərabərliyini və ömür boyu davam edən immunlaşdırma xidmətlərini təmin etməkdir. Bu hədəfi reallığa çevirmək Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il gündəliyinə daxil edilmiş sağlam həyat tərzini və hər yaşda rifahın təmin edilməsini nəzərdə tutan 3-cü məqsədə çatmaq üçün önəmli addımdır. Əgər uşaqlarımızı peyvənd etdirməsək, bu xəstəliklər yenidən baş qaldıracaq. Yadda saxlayın ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təmin etdiyi bütün peyvəndlər keyfiyyətlidir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini, Səhiyyə Nazirliyinin İmmunlaşdırma Proqramının əlaqələndiricisi Afaq Əliyeva bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə İmmunlaşdırma həftəsi keçirilməsi haqqında əmr imzalayıb. Həmin əmrə əsasən, ölkəmizin bütün şəhər və rayonlarında tibb müəssisələrinin və Səhiyyə Nazirliyinin idarələrinin rəhbərlərinə aprelin 24-dən 30-dək İmmunlaşdırma həftəsinin təşkil edilməsi barədə tapşırıqlar verilib. İmmunlaşdırma həftəsi dövründə Milli Peyvəndlər (planlaşdırılan immunlaşdırma) Təqvimi əsasında Azərbaycanın bütün tibb müəssisələrində təmizləyici immunlaşdırma tədbirləri görüləcək, hər hansı səbəblər üzündən vaksinləşdirmə kursunu tam qəbul etməmiş və ya ümumiyyətlə peyvənd edilməmiş uşaqların vaksinləşdirilməsi həyata keçiriləcək.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, böyüməkdə olan nəslin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı mübarizə məsələləri dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda keçirilən İmmunlaşdırma həftəsi dünya əhalisinin zəruri və qiymətcə münasib olan vaksinlərlə təmin edilməsinə yönəlmiş qlobal kampaniyadır. 2007-ci ildən Azərbaycan da bu kampaniyaya qoşulub.

Afaq Əliyeva qeyd edib ki, son illərdə ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində Azərbaycanda davamlı epidemioloji sabitlik təmin edilib. Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinləşdirmə keçirilir, ölkədəki bütün uşaqları əhatə edən planlaşdırılmış peyvənd tədbirləri tətbiq olunur. A.Əliyeva deyib: “Son illərdə B hepatitinə və pnevmokoka qarşı vaksinləşdirmə də həyata keçirilir. Ölkədə plan üzrə həyaya keçirilən peyvəndlər uşaqların 95-97 faizini əhatə edir, immunlaşdırma tədbirləri daim təkmilləşdirilir. Bunun nəticəsində immunoprofilaktika vasitəsilə idarə olunan yoluxucu xəstəliklərin azaldılması sahəsində sabit dinamika əldə edilib. 1995-ci ildən sonra ölkəmizdə poliomielit xəstəliyinə tutulma halları müşahidə olunmur, 2002-ci ildə isə DST Azərbaycana polimelitdən azad region kimi sertifikat verib. Bundan əlavə, 2016-cı ilin aprelindən etibarən Azərbaycanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinindən istifadə edilməsi dayandırılıb və bunun əvəzinə ikivalentli OPV vaksininin tətbiq edilməsinə başlanılıb”.

Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı təmsilçisi Cəvahir Süleymanova qeyd edib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi cəhətdən səmərəli tədbirlərdən biridir. “İmmunlaşdırma həftəsi”nin məqsədi immunlaşdırmanın vacibliyi barədə əhalinin məlumatlandırılması, habelə uşaq ölümü səviyyəsinin azaldılması və peyvənddən sonra ağır nəticələrin azaldılmasıdır.

Dəyirmi masada mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib