Polşa arxeoloqları dronun köməyilə Neqev səhrasında tədqiqat aparırlar
Varşava, 10 aprel, AZƏRTAC
Polşalı gənc arxeoloqlar İsrailin Neqev səhrasında tədqiqata başlayan ilk Avropa qrupudur. Tədqiqat dronun köməyilə aparılır. Söhbət 23 əsr bundan əvvəl salınmış qədim şəhərlərin müasir və eyni zamanda, ucuz başa gələn yolla öyrənilməsindən gedir.
AZƏRTAC xəbər verir ki, ideyanın müəllifi - Krakovda Yaqellon universitetinin aspirantı Matsey Vatslavik dronun daha dəqiq məlumat əldə etmək imkanı verdiyini bildirib. O deyib: “Dronun köməyilə biz yarım saat və ya bir saat müddətində tədqiqat aparılan ərazinin üzərindən keçər və yaxşı görüntü əldə edərik. Əvvəllər yerüstü metodla buna təxminən 2 həftə lazım gələrdi. İndi bizi başqa perspektiv gözləyir və təsviri qrunt səviyyəsindən deyil, 90 dərəcəlik bucaq altında yüksəklikdən əldə edirik”.
Polyaklar Şivtada işləyərək Neqevanın şimalında qədim Nabatey şəhərinin xarabalıqlarını (eramızdan əvvəl II əsr) tədqiq edirlər. Karvanların keçdiyi iki yol arasında salınmış bu şəhər sonralar romalılar tərəfindən tutulub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]