SİYASƏT
Prezident İlham Əliyev ad gününü Qarabağda – cəbhə bölgəsində keçirəcək
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov kütləvi informasiya vasitələrinə açıqlamasında bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ad gününü Qarabağda - cəbhə bölgəsində keçirəcəkdir.
Əli Həsənov demişdir ki, bəzi kütləvi informasiya vasitələrində Prezidentin öz yubileyini təmtəraqlı şəkildə qeyd edəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Şöbə müdiri demişdir: “Prezident İlham Əliyev bu gün Qarabağ bölgəsində keçirilən tədbirlərdə iştirak edir və ad gününü - yubileyini orada yalnız öz ailə üzvləri ilə qeyd edəcəkdir”.