Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğuladı. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi.

Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu “üçlük” mexanizminin əhəmiyyətini vurğuladı.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və “üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirdi.

Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olundu.

Dövlətimizin başçısı vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.

Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüdudları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çaylarının ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi qeyd edildi, ölkəmizin Hərəkat çərçivəsində humanitar minatəmizləmənin yeni Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi, həmçinin bu sahədə beynəlxalq səylərin səfərbər olunması ilə əlaqədar təşəbbüsləri vurğulandı.

Görüşdə Azərbaycanın BMT təsisatları ilə əməkdaşlığı çərçivəsində Dünya Şəhərsalma Forumu kimi əhəmiyyətli tədbirin 2026-cı ildə ölkəmizdə keçirilməsinin vacibliyi bildirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib  YENİLƏNİB VİDEO

Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür edib, istefa barədə danışmaq istəməyib

“Azərpoçt”: İlin sonunadək Xankəndi və Şuşada yaşayan vətəndaşlara universal poçt xidmətləri təqdim olunacaq - MÜSAHİBƏ

Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçiriləcək

SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Rahilə Mehdiyeva: Azərbaycanın COP29-a sədrliyi bu ilin ən mühüm hadisəsidir

Oktyabrın 10-da bəzi yerlərdə 30 dərəcə isti olacaq

Kənd təsərrüfatı nazirinin müavini Samuxda vətəndaşlarla görüşəcək

“Coursera” şirkəti tərəfindən Azərbaycan universitetləri üçün təqdimat keçirilir

Deputat: Fəaliyyətsiz Minsk qrupunun qalıqlarına süni nəfəs vermək nəticəsiz qalacaq

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Almatıda II Türk Dövlətçiliyi Tarixi Konqresi keçirilib

Bloomberg: NATO-nun Şərq cinahı müdafiə xərclərini 70 milyard dollaradək artırıb

® “akart” geniş fəaliyyətə başladı!

Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağada yanğınsöndürmə işləri həyata keçirib VİDEO

Yaponiya parlamentinin aşağı palatası buraxılıb

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Reuters: “Boeing” tətillər fonunda həmkarlar ittifaqı ilə danışıqların uğursuz olduğunu bildirib

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Alimlər Günəşin sönməsi və Yerdə həyatın sona çatması ssenarisini açıqlayıblar

Azərbaycanın U-21 yığmasının Şimali İrlandiya ilə oyununun hakimləri açıqlanıb

İƏT-in Mərkəz direktoru: Azərbaycan və Türkiyə ailə ilə bağlı eyni dəyərlərə malikdir

Dünya yaddaş çempionu: Uğur qazanmaq üçün motivasiyadan daha çox nizam-intizam lazımdır - MÜSAHİBƏ

Bu il Dövlət Vergi Xidmətindən büdcəyə daxilolmalar 12 milyard manatı ötüb

İdxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

“Əl-Cəzirə”: Avropa rəhbərliyi niyə müharibə istəyir?

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Nazirlik: 9 ayda 496 min nəfərə sosial müavinət ödənilib

Azərbaycanın güləş yığmaları dünya çempionatına Bakıda hazırlaşır

® “Qırmızı Ürəklər Fondu” hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır

Almaniya bu il Kiyevə əlavə olaraq 400 milyon avroluq dəstək göstərəcək

“Əriyən qar üzərində” sənədli filmi nümayiş olunub

“Eni” şirkətinin rəhbəri Yaxın Şərqdə artan gərginlik fonunda neftin qiymətlərindən danışıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 34,3 faiz artıb

Bolqarıstan ordusu hava hücumundan müdafiə sistemlərini dəyişdirməyə başlayır

® “Usta mənəm” müsabiqəsinin seçim turu başa çatıb

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləğində 2 dəfə artım qeydə alınıb

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

Muxtar respublikada vergi daxilolmaları üzrə rəqəmlər açıqlanıb

Uşağın anadan olmasına görə 80 min nəfərə yaxın şəxsə proaktiv qaydada birdəfəlik müavinət verilib

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyaya qarşı

Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 3,6 dəfə artıb

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası işə başlayıb

Türk ekspert: Azərbaycan müstəqil siyasət yürütdüyü üçün ABŞ-ın riyakarlığı ilə üzləşib

Əməkdar incəsənət xadimi məktəblilərlə görüşəcək

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün püşkatma mərasimi keçirilib

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

Voleybol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Naxçıvan “GreenFest”ə hazırlaşır

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

Zaqatalada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Boztəpə kanalının yenidən qurulması nəticəsində 9775 hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb

FIBA Avropa Kuboku: "Sabah" bu gün Belçika klubu ilə qarşılaşacaq

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

Bu gün Ümumdünya Poçt Günüdür

Azərbaycanda voleybol üzrə I Liqa yaradılacaq

Azərbaycanda “Halal” sertifikatın təqdim edilməsinə başlanılır

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb VİDEO

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xilasedicilər ötən gün 1-i azyaşlı olmaqla, 6 nəfəri xilas ediblər VİDEO

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

Məsut Özil Bakıya gəlir

Xəzər rayonunun bir hissəsində elektrik enerjisi olmayacaq

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Çexiyanı sınağa çəkəcək

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir

“Gözlədik ki, hava qaralsın, yuxarı qalxaq...” – “Hadrut əməliyyatı”nın iştirakçıları danışır VİDEO

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO

Bakıda minik avtomobili yanıb

Balakəndə narkotik təsiri altında avtomobil idarə edənlər məsuliyyətə cəlb olunublar

ADNSU dünya universitetlərinin reytinq siyahısında yer alıb

İnsan Hüquqlarının Müdafiəsi adı ilə siyasi riyakarlıq - ŞƏRH

Oğuzda yol qəzası zamanı avtomobil çökəkliyə aşıb, xəsarət alan var VİDEO

KXDR Cənubi Koreya ilə bütün nəqliyyat xətlərini sökməyə başlayıb

Alimlər ölmüş orqanizm hüceyrələrinin ölümdən sonra da fəaliyyət göstərə biləcəyini aşkarlayıblar

Avropa İttifaqı Gürcüstana maliyyə yardımını dayandırır

Ərdoğan: Türkiyə elmi nəşrlərin sayına görə TOP-10 ölkələr sırasına daxil olmağa çalışır

Ramiz Rövşən: “Nəfəs” mənim varlığımın ifadəsidir

Bakıda təkər tullantıları yığılmış yerdə yanğın olub

Kosovoda Serbiya məhsullarının idxalına qoyulan qadağa ləğv olunub

Harris: Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm

Tbilisinin mərkəzindəki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib VİDEO

Salyanda avtomobil su kanalına düşüb, sürücü ölüb

Külək Goranboyda fəsadlar törədib

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi Hindistanı darmadağın edib

Cozef Bayden “Milton” qasırğasına görə xarici səfərlərini təxirə salıb

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik VİDEO

Azərbaycanlı gənclər ATƏT-in tədbirində erməni iddialarını ifşa ediblər

UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub VİDEO

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur VİDEO

Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub