Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər işçiləri ilə operativ müşavirə keçirdi.

Dövlətimizin başçısına hava hücumundan müdafiə sisteminə yeni daxil edilmiş döyüş vasitələri barədə məlumat verildi.

Bildirildi ki, ümumi ərazisi 11 hektardan çox olan hərbi hissənin tikintisinə iki il bundan əvvəl başlanıb və artıq yüksək keyfiyyətlə başa çatdırılıb. Həm zabitlər, həm də əsgərlər üçün yataqxana binaları inşa olunub. Yeməkxana binasında əsgərlərin qidalanması üçün hər cür şərait var. Müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi və digər yardımçı otaqlar yaradılıb.

Prezident İlham Əliyev qərargah binasında yaradılan şəraitlə də tanış oldu.

Qeyd edildi ki, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədilə hərbi hissənin ərazisində təlim meydançaları qurulub, ərazi tam abadlaşdırılıb.

Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşdü.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

-Mən sizi və ordumuzun bütün şəxsi heyətini qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Bayram günü ərəfəsində yeni hərbi hissənin açılışını qeyd edirik. Mən vəziyyətlə tanış oldum, əvvəlki vəziyyət haqqında da mənə məruzə edildi. Əlbəttə ki, yeni tikilmiş hərbi hissə bütün yüksək standartlara cavab verir.

Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb və bu, onu göstərir ki, bu sahədə çox böyük irəliləyiş var. Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Hesab edirəm ki, maksimum il yarım-iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda, imkan verir ki, istənilən vəzifə icra edilsin. Bir də ki, bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Ordu quruculuğu bizim üçün prioritet məsələdir. Bu, təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir.

Onu da bildirməliyəm ki, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə mənim göstərişimlə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilibdir. Mən bu yaxınlarda göstəriş verdim ki, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilsin. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Mənə verilən son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit hələ növbədədir. Onların da mənzil problemləri həllini tapacaq. Hesab edirəm ki, bu da dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır, yeniliklər göstərir. Çünki Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən gərək yüksək təminatla əhatə olunsunlar. Hər bir insanın həyatında mənzil problemi çox önəmli məsələdir, biz onu da həll edirik. Ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Xüsusilə deyə bilərəm ki, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bu da təbiidir.

Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.

Əlbəttə ki, bütün digər məsələlər də öz həllini tapmalıdır və tapır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir.

Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Bu gün keçirdiyim müşavirədə mənə məruzə edilən məsələlər, o cümlədən cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib.

Yerli istehsala gəldikdə, deyə bilərəm ki, mənim Sərəncamımla 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bizdə heç vaxt hərbi sənaye yox idi. Əgər biz bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb. Biz onlarla ölkəyə hərbi məhsul ixrac edirik. Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə.

Ona görə bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər. Bilsinlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək bir çox ölkələr üçün böyük məharət tələb edir. İndi dünya xəritəsinə baxmaq kifayətdir ki, görək, adı var, amma faktiki olaraq müstəqil ölkə deyil. Nə üçün? Çünki müstəqil siyasət apara bilmir, başqasının təsiri altındadır. Biz son vaxtlar nə qədər belə ölkə görmüşük ki, özünü qoruya bilmir, faktiki olaraq parçalanır, məhv edilir, insanlar həlak olur, bütün infrastrukturu dağıdılır. Nəyə görə? Çünki özlərini qoruya bilmədilər. Qorumaq üçün gərək həm güc, həm də güclü iradə, inam olsun.

Ona görə mən sizə tapşırıram, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Çünki mən bunu dəfələrlə demişəm, əfsuslar olsun ki, biz real tariximizi bilməmişik. Günah da bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər. Sovet vaxtında tarix dərslərinin çoxu saxta idi. Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Quldur 26 Bakı komissarı dəstəsi qəhrəman kimi təqdim edilirdi. O dəstənin başında dayanan cinayətkar erməni millətçiləri qəhrəman kimi təqdim olunurdu. Onların adına rayonlar verilirdi, onlara abidələr qoyulurdu. Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil. Sovet hakimiyyətinin tarixi bu idi. Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu. Bəlkə də yaddan çıxıb, Sahil bağında 26 Bakı komissarlarına abidə qoyulmuşdu. Mən fikirləşdim ki, bu, nə məsələdir. Bunlar Azərbaycan xalqının qanını axıdıblar, bizi məhv ediblər. Heç şəhərin mərkəzində belə abidəmi olar? O abidə də və o quldur dəstəsinin üzvlərinin abidələri də söküldü və düz də etmişəm. Bütün dini ayinləri gözləmək şərti ilə onların qəbirləri oradan köçürüldü. Ancaq bu, dözülməz idi ki, şəhərimizin mərkəzində Azərbaycan xalqının düşmənlərinə abidə ucaldılıb.

Ona görə mən deyirəm, bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı, bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir.

Əlbəttə ki, əsas döyüş qabiliyyətimizdir. Bütün digər amillər ki, mən qeyd etdim bunun məqsədi var, o da döyüş qabiliyyətini artırmaqdır. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır.

İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik.

Əlbəttə, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etmişdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.

Ona görə bu tarixi hər kəs bilməlidir. Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər.

Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır.

İndiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq. Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir.

Son hadisələr nəyi göstərir? Siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər. Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır. Ondan sonra zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, - bir fond yaradıblar, - o pulları fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Yəni, bu gün Ermənistanın baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Baxın, bunların maliyyə imkanları iki il bundan əvvəl nə idi, indi nədir. Ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır. İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara - özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır. Ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır.

Biz isə hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq. Heç nəyə baxmadan, - neftin qiyməti 14 dollara düşdü, Xalq Cəbhəsinin sevincinə səbəb olan o hadisəni xatırlatmaq istəyirəm, yaxud da ki, qalxdı, fərq etməz, - bizim iqtisadiyyatımız dayanıqlıdır və biz ordumuza nə lazımdırsa, bundan sonra da edəcəyik.

Mən bir daha Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bu gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri

Stokholm damlarda qida məhsullarını yetişdirməyə və tullantılarla mübarizə aparmağa başlayır

Krit adasında ağcaqanad sürfələrini məhv edə bilən mikroblar aşkarlanıb

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın ədalətli və əsaslı tələblərinə qulaq asmalıdır

NYT: ABŞ-da yeni partiya yaratmaq Marsa adam göndərməkdən daha çətindir

Araşdırma: Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır

Məşhur usta Stradivarinin İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

Yəməndə husilərin gəmiyə hücumu nəticəsində iki nəfər itkin düşüb

Babək rayonunun bəzi yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

Viktoriya Kobzeva-Qattal: Om-Çantinq Atma Kriya Yoqanın gizli olmayan yeganə texnikasıdır MÜSAHİBƏ

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib

Azərbaycanla Pakistan arasında futbol sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

“Şamaxı” klubu isveçrəli futbolçunu transfer edib

Abşeronda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub

“Qalatasaray” Viktor Osimhen ilə razılıq əldə edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib

Şərurda ərzaq mağazasında yanğın olub

ABŞ-ın nəhəng kimya məhsulları konserni Almaniyadakı bəzi istehsal sahələrini bağlayır

“Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda panel müzakirə təşkil olunub

Özbək analitik: ECO-nun gücləndirilməsi, effektivliyinin artırılması deqloballaşma və regionallaşmaya tam uyğun gəlir - MÜSAHİBƏ

Paytaxtın daha 4 məntəqəsində minib-düşmə yerləri yaradılıb

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib

İrandan Azərbaycana müxtəlif növ narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Dövlət əmlakı olan 74 nəqliyyat vasitəsi hərraclara çıxarılıb

Azərbaycan “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” tədbirində təmsil olunub

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir

Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb

“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib

Birinci yarımildə dövlət büdcəsindən 152 milyon manatdan çox vəsait geri qaytarılıb

“Zirə” klubu gürcüstanlı futbolçu ilə müqaviləni yeniləyib

Türkiyənin Çorum və Amasya vilayətlərində yayılan xəstəliklə əlaqədar bəzi heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub

Gənclərin festivalı “YayFest 2025”ə start verildi - 2000-dən çox gənc bir arada VİDEO

Gənclərin festivalı “YayFest 2025”ə start verildi - 2000-dən çox gənc bir arada VİDEO

Bahar Muradova: Uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanmasında beynəlxalq təcrübə mühüm əhəmiyyət daşıyır

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub

İkinci əl Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik? VİDEO

İkinci əl Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik? VİDEO

BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstanda və Çində təhsil alacaq

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Sarı, narıncı və ya qırmızı təhlükə səviyyəsi: bildiriş rəngləri nə deməkdir?

Buzovnadakı çimərlik ərazidə özbaşına tikinti işləri aparan şəxs barəsində tədbir görülüb

Xüsusi elçi: ABŞ Livanda sülh və rifahın yaranmasına sadiqdir

Ankarada keçirilən tədbirdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi barədə geniş məlumat verilib

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar

Sədərək rayonunda həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

“Danas” qasırğası Tayvanda insan tələfatına səbəb olub

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Özbəkistanda Ukraynaya qarşı müharibədə iştirak edən Buxara sakini 5 il müddətinə azadlıqdan məhrum edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələri mükafatlandırıb

Azərbaycan klubu Türkiyədə “Trabzonspor”la qarşılaşacaq

Əməyin təhlükəsizliyi və gigiyenasının yaxşılaşdırılması mövzusunda seminar keçirilir

Keniyada yeni etirazlar gözlənilir

ABŞ-ın tələbi ilə casusluqda ittiham olunan Çin vətəndaşı İtaliyada saxlanılıb

İndoneziyanın rəmzinə çevrilən İstiqlal məscidi - FOTOSESSİYA VİDEO

İndoneziyanın rəmzinə çevrilən İstiqlal məscidi - FOTOSESSİYA VİDEO

Həsrət Cəfərov: MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

Dizayn və dekorativ sənət komissiyaları üzrə rəsm fənnindən imtahanın nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək

DHA: Azərbaycanın sənaye zonaları investorları gözləyir

“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 73-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şahmat üzrə “Lankaran Open” festivalının açılış mərasimi olub

“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dünya Bankı Suriya ÜDM-i ilə bağlı proqnozunu açıqlayıb

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib

® Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasiminin vaxtı bəlli olub

Mastrixt Universitetinin tələbələri ARDNF-də səfərdə olub

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 68-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda panel müzakirəsi olub

BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində yay tələbə düşərgəsi təşkil olunub

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti - TƏHLİL

"Milan"ın baş məşqçisi Luka Modriçin keçidini təsdiqləyib

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Məşhur “La Skala” teatrı geyim şərtlərini açıqlayıb

Almaniyada narkotikdən ölüm halları yüksək səviyyədə qalmaqdadır

Avropa Liqası: “Sabah”–“Selye” oyununa satılan bilet sayı açıqlanıb

Bu il İKZF-nin zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə verilən kreditin həcmi açıqlanıb

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi

Siyasi partiya yaradan İlon Maskın “Tesla” şirkətinin səhmləri ucuzlaşır

Cüdo Federasiyası tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçib

AZAL “Qiymətin sabitlənməsi” xidmətini istifadəyə verib

II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kiloqram işlənmiş batareya toplanaraq təhvil verilib

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

Şimali Makedoniyanın Poloq regionunda yayılan xəstəliklə əlaqədar bəzi heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub