RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Sumqayıtdakı Nəsimi adına mədəniyyət və istirahət parkında görülən yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur
![Prezident İlham Əliyev Sumqayıtdakı Nəsimi adına mədəniyyət və istirahət parkında görülən yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur](/files/2012/3/1200x630/14846477061718458909_1200x630.jpg)
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.
Məlumat verildi ki, 100 hektara yaxın sahəsi olan Nəsimi parkında dövlətimizin başçısının tapşırığına əsasən aparılan işlər “Göyərçin” abidə kompleksinə qədər olan ərazidə artıq yekunlaşmışdır.
Prezident İlham Əliyev abadlıq və yenidənqurma işlərinin yüksək keyfiyyətlə davam etdirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.