Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB -2 VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, Baş nazir vəzifəsində fəaliyyətinizə başlayandan dərhal sonra Siz Azərbaycana səfər edirsiniz. Bu münasibətlə mən Sizə təşəkkürümü bildirdim. Eyni zamanda, Sizi bir daha Baş nazir vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edirəm.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilmişdir, Gürcüstan bu tədbirdə yüksək səviyyədə təmsil olunmuşdur. Bütün iştirakçılar bir daha gördülər ki, burada Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Biz dünya bazarlarının xüsusiyyətlərini yaxşı bilirik, mən dünya enerji bazarlarını nəzərdə tuturam. Yaxşı bilirik ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Təbii ki, biz yeni layihələr üzərində də işləyirik. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.

Mən bir məsələni də qeyd etmək istəyirəm ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik.

Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

Eyni zamanda, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.

Bir daha demək istəyirəm ki, Gürcüstanın Baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Bir daha cənab Baş nazir Sizi salamlayıram, bir daha “Xoş gəlmisiniz!” deyirəm.

x x x

Sonra Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir İrakli Kobaxidzenin
bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli media nümayəndələri.

Baş nazir seçilməyimdən sonra Azərbaycanda səfərdə olmağımdan çox məmnunam. Bizim üçün çox vacib idi ki, ilk səfərlərdən biri Azərbaycana edilsin. Mən cənab Prezident Əliyevə nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.

Ölkələrimiz arasında siyasi tərəfdaşlığı bir daha qeyd etmək istərdim. Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bu gün bizim çox məhsuldar görüşümüz oldu, müxtəlif mövzulara toxunduq. Qardaş ölkələrimiz arasında qlobal siyasi hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq həmin qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik.

Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda, ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq.

Ümid edirəm ki, cənab Prezident tezliklə Gürcüstana səfər edəcək. Mən onu artıq dəvət etdim. Bu, bizim üçün çox böyük şərəf olardı. Bu səfər bizim əməkdaşlığımızın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bir daha vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

Cənab Prezident, qonaqpərvərliyə görə bir daha sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB -2 VİDEO

Yuxuda ünsiyyət qurmaq mümkün olacaq - YENİ KƏŞF

Cənubi Koreya Prezidenti fövqəladə hərbi vəziyyətə görə xalqdan üzr istəyib

Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb

Sürixdə pilotsuz ictimai nəqliyyat sınaqdan keçiriləcək

İtaliya Yerin müşahidə peykini orbitə çıxarıb

İtaliyada 25 ildə 72 min yeraltı təkan qeydə alınıb

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq seminarda təmsil olunub

Bundestaqda qadına şiddətə qarşı mübarizənin sərtləşdirilməsinə dair qanun layihəsi müzakirəyə çıxarılıb

İtaliya A Seriyası: "Atalanta" "Milan"a qalib gələrək liderliyə yüksəlib

Dövlət Məşğulluq Agentliyi 576 işsiz və işaxtaran şəxs üçün peşə kursları təşkil edib

Zaporojyeyə aviazərbə nəticəsində azı 9 nəfər həlak olub

Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında görüş keçirilib

Superliqa: "Trabzonspor" xal itirib

Muzey Mərkəzində İsa Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılıb

İtaliya A Seriyası: "İnter" doğma meydanda üç xala sevinib

Nazirlikdə peşə bayramı ilə əlaqədar tədbir keçirilib

4SİM-in nümayəndəsi: Regionlarda İT sahəsində fəaliyyət göstərən xanımlar mütləq müsabiqələrə müraciət etsinlər

Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edib

Ankarada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Laçın Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub

Mətbuat konfransında Putinə verilən sualları süni intellektlə emal olunacaq

Nigar Arpadarai: Qadınların ölkəmizdə hər bir sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

Türkiyəli alim və jurnalist Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitabının təqdimatı olub

Naxçıvanda qarölçmə işlərinə başlanılıb

“Star” qəzeti: Afrika ölkələri Türkiyənin xeyrinə Fransa ilə əməkdaşlıqdan imtina edir

Qətərdə Astana formatı çərçivəsində xarici işlər nazirlərinin Suriya ilə bağlı görüşü keçiriləcək

Pedaqoji Universitetdə Erasmus+ layihəsi çərçivəsində yekun görüşlər keçirilib

AMEA-nın Kimya Elmləri Bölməsinin müəssisələri illik hesabatları təqdim ediblər

Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib

“Dualı Sultan köynəkləri” sərgisinin açılışı olub

Geoloq alimlər elmi işlərinin nəticələrini təqdim ediblər

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Bu günümüzün əsas hədəflərindən biri Qərbi Azərbaycana qayıdışımızdır – ŞƏRH

Bakı-Sumqayıt ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq

Azərbaycanlıların qayıdış hüququna dair konfransın iştirakçıları Bakının görməli yerlərini ziyarət ediblər

TBMM-in nümayəndə heyəti Milli Məclisdə olub

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin komitə sədri ilə görüşüb

Təqdimat müsabiqəsinin final mərhələsi başa çatır

Avrozona iqtisadiyyatı üçüncü rübdə 0,4 faiz artıb

ADNSU-da Karyera Mərkəzi açılıb

“İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib

Budapeşt Avropa İttifaqının genişlənməsini dəstəkləyir

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 139-cu kitabı çapdan çıxıb

Ciorcia Meloni İtaliyanın Ukraynaya davamlı dəstəyini yeniləyib

Ankarada Türkiyə ilə Azərbaycan arasında idman sahəsində əlaqələrin dərinləşdirilməsi yolları müzakirə edilir

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 114 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

Parlamentdə ailə, qadın və uşaq hüquqları ilə bağlı müzakirələr aparılıb

® “PAŞA Holdinq”in dəstək göstərdiyi "Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü keçirilib

“Real Madrid”in iki əsas futbolçusu zədəsini sağaldıb

® “Unibank” lotereya qaliblərinə hədiyyələri təqdim edib

Xalq yazıçısı Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub VİDEO

ATƏT-in Katibliyinə və təsisatlarına yeni rəhbərlər təyin edilib

Daha beş məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

® “NEQSOL Holding”in COP29-da uğurlu iştirakı haqqında

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirə olunub

Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib

“Neftçi” məşhur şirkətlə əməkdaşlığa başlayıb

Düşənbədə Şuşaya həsr olunmuş “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib

Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri təşkil olunub

Bakıda beynəlxalq konfrans: Sen Martin adasının müstəqillik mübarizəsinə dəstək YENİLƏNİB

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni Prezidentini təbrik edib

“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş konfransın iştirakçıları Zirə EKO Parkı ziyarət ediblər VİDEO

Azərbaycan MDB ölkələrinin Beynəlxalq Uşaq və Gənclər Kitab Forumunda təmsil olunur

İsrail Colan təpələrindəki hərbi bölmələrini gücləndirir

Avropa İttifaqı Şurasının Prezidenti Zati-aliləri cənab Antonio Koştaya

İcma sədri: Beynəlxalq konfransın iştirakçıları Qərbi Azərbaycan ərazisindəki mədəni irsimizlə də tanış olmalıdırlar

Azərbaycanda multikulturalizmin və dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir

Avropa Komissiyasının Prezidenti Zati-aliləri xanım Ursula fon der Lyayenə

Abbas Abbasov: Bütün real addımlar beynəlxalq hüquq çərçivəsində davam edəcək

Almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri təşkil edilib

Qlobal Fondun Azərbaycanda davamlı olaraq həyata keçirilən layihələri vərəmlə mübarizəyə böyük töhfədir

“Gənc bələdçi” layihəsi Şəki şəhərində davam edir

Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər

Azərbaycan ultramarafonçusu dünya çempionatında iştirak edəcək

“Aqroservis”in rəhbəri Ağsuda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

YAP Gənclər Birliyinin iclası keçirilib

Fövqəladə hallar naziri Xaçmaz və Şabran sakinlərinin müraciətlərini dinləyib

III Avropa Konfransının iştirakçıları Qarabağdakı mina problemi barədə məlumatlandırılıb

Ekoloji hüquqpozmalarla bağlı təqdimat aidiyyəti vəzifəli şəxslərin iştirakı ilə müzakirə olunub

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Sen Martin hüquqşünası: Etiraz etmək bizim müstəmləkəçiliyə qarşı mübarizəmizin bir formasıdır

“MVM Group”un rəhbər heyəti Səngəçal terminalı ilə tanış olublar

® “Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirilib

Həbs edilmiş vəzifəli şəxsin cinayət işinin ibtidai istintaqı tamamlanıb

Rhoda Arrindell: Biz müstəmləkə altındayıq, amma seçimimiz yoxdur

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası Kəlbəcərdə keçirilib

Ceyhun Bayramov: Azərbaycan ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizəyə xüsusi əhəmiyyət verir

Baş prokuror Sumqayıt şəhərində vətəndaşların müraciətini dinləyib

“Pro Soualiga” Fondunun katibi: Ümid edirik ki, Bakı Təşəbbüs Qrupunun dəstəyi bizə beynəlxalq qurumlarla görüşlər keçirmək imkanı verəcək

AQTA sədri sahibkarları dinləyəcək

Əziz Ələkbərli: Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Almaniyada təqdim olunub

Beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkında olublar VİDEO

AZSTANDART Özbəkistanın “UzTest” mərkəzi ilə əməkdaşlıq edəcək

® ‘’Trendyol’’un dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgilənib

“Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” I beynəlxalq elmi simpozium keçirilib