Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Pakistanın rəsmi “Associated Press of Pakistan agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamları dərc edib. Agentliyin materialında diqqətə çatdırılıb ki, Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Xəbərdə qeyd olunub ki, tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı sosial medianın da mühüm rolunu qeyd edib.

Pakistanın informasiya agentliyi vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər və müharibə məsələlərinə toxunan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi”.

Materialda diqqətə çatdırılıb ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Sonda qeyd edilib ki, Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.

Belarus seqodnya” nəşri öz xəbərində yazıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya toplayıb. Bu mötəbər tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Rəsmi açılış mərasimindən sonra Forum işini sessiyalarda davam etdirəcək, rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə olunacaq.

Bu nəşrdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rusiya-Azərbaycan münasibətləri barədə söylədiyi fikirlər də yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.

Prezident İlham Əliyevin Forumdakı çıxışı qardaş Türkiyənin “TRTHaber”, “Takvim”, “Yeni Şafak, “HaberGlobal”, “Milliyet, “Anadolu” agentliyi, “CNN Türk” və başqa telekanal, agentlik, qəzet və portalları tərəfindən geniş işıqlandırılıb. Bu media orqanları dövlətimizin başçısının söylədiyi “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi” fikirlərini ön plana çıxarıblar.

Türkiyə mediasının dərc etdiyi materiallarda vurğulanıb ki, dünyada və regionda vəziyyətin dəyişməsinə, yaranan yeni reallıqlara toxunan Azərbaycan Prezidenti dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyənin bu məsələdə mühüm rolunu vurğulayıb, Ankaranın, eyni zamanda, qarşıdakı illərdə daha çox qlobal nüfuz qazanacağını bildirib.

Şuşa Qlobal Media Forumu Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyinin yaydığı, habelə “News.ru” və “Ria.ru” saytında yerləşdirilən xəbərlərdə Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Türkiyə ilə əlaqələrin daha da güclənəcəyi, Bakının Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi, Qarabağa yaxın üç ildə 150 min azərbaycanlının qayıdacağı, Ermənistanla sülh sazişinin bu ilin sonuna qədər imzalanması ehtimalı barədə fikirləri yer alıb. “Vesti Kavkaza” portalı isə dövlətimizin başçısının Ermənistanın mina terroru, Azərbaycan dövlətinin ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyəti haqqında fikirlərinə geniş yer ayırıb. Rusiya mətbuatı, həmçinin Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib.

Albaniya Teleqraf Agentliyinin (ATA) AZƏRTAC-a istinadla yaydığı xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin bu ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.

İspaniyanın “El Periodista” nəşrində dərc olunan xəbərdə də Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışının əsas məqamları yer alıb. Materialda dövlətimizin başçısının dünyada və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Qarabağda son vəziyyət və bu regionda yaşayan erməni azlığı ilə bağlı fikirləri, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və azərbaycanlıların öz torpaqlarına qayıtması barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Ermənistanın mina terrorundan bəhs edən Azərbaycanın dövlət başçısı deyib: “Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, etiraf etdilər ki, onlar 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”.

Associated Press” agentliyində yayımlanan “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli məqalədə Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin mühüm mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyəti ilə bağlı fikirlərinə yer verib. Məqalədə Azərbaycanda media sahəsində davam edən islahatların bu sahənin müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə yol açması barədə dövlətimizin başçısının fikirləri xüsusi vurğulanıb.

ABŞ-ın “Newyorkinsider.net”, Fransanın “France11”, Kubanın “Prensa-latina.cu”, Qırğızıstanın “AKİ Press”, eləcə də digər xarici KİV-lərdə də yayımlanan məqalələrdə 49 ölkədən 200-dək xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumunun əhəmiyyəti qeyd olunub, bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahzadə Anna xəstəxanadan evə buraxılıb

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib

Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olunub

Energetika naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

Qanunvericiliyə kiçik elektrik nəqliyyat vasitəsi anlayışı daxil edilib - ŞƏRH

Britaniyada Leyboristlər Partiyasının lideri seçkilərdə məğlub olsa, istefa verəcək

FHN: Qaradağda sursat aşkarlanıb VİDEO

DİM: 40 dövlət orqanında mövcud olan 94 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Bir şəxsi öldürməkdə, digərini öldürməyə cəhddə təqsirləndirilən Pakistan vətəndaşı barəsində cinayət işi məhkəməyə göndərilib

Tələbələrə vahid tələbə kartı veriləcək

Gürcüstan ilin ilk beş ayında Azərbaycandan 48 min ton avtomobil yanacağı idxal edib

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb

Növbəti köç karvanı Laçına çatıb

İyulda havanın temperaturunun bəzi yerlərdə iqlim normasından yüksək olacağı gözlənilir

Elşad İskəndərov: Mina qurbanlarının hüquqlarının bərpası üçün əməli addımlar atmağın zamanı çatıb

Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib

® ABB-dən “Bolt” sürücülərinə özəl “Visa” kartı!

Türkiyə FATF-nin “boz siyahı”sından çıxarılıb

Milli Məclisə növbədənkənar seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırılıb

Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Xəzərin Azərbaycana mənsub sularında qaçaqmal aşkarlanaraq götürülüb

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird yeni tədris ilində ADA Məktəbində təhsil alacaq

Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır VİDEO

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etnokonfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında yeni film çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə