Prezident: Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir
Bakı, 3 fevral, AZƏRTAC
Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir: öz fəaliyyətimizi necə quracağıq, hər bir ölkənin öhdəlikləri necə olacaq, özəl şirkətlər buraya necə qoşula bilər. Bu, konsorsium -şirkətlərin konsorsiumu olacaq və yaxud hər ölkə öz ərazisində üzərinə düşən işləri icra edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Bu məsələlər barədə razılığın əldə olunmasının vacibliyini xüsusi qeyd edən dövlətimizin başçısı bildirib: “Burada Azərbaycanın quruda və dənizdə bərpaolunan enerji resurslarından enerjinin alınması, həmin enerjinin Gürcüstanla sərhədə nəql edilməsi, bundan əlavə, Qara dənizin dibi ilə kabelin çəkilməsi məsələsi də durur. Ona görə biz planlarımızı müvafiq qaydada strukturlaşdırmalıyıq və baxmalıyıq ki, kim potensial qaydada investor rolunu oynaya bilər. Əlbəttə, beynəlxalq maliyyə təsisatları ilə də əməkdaşlıq qurmalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:43]
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
- 13.10.2026 [11:07]
Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb
- 13.10.2026 [10:57]
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
- 13.10.2026 [10:41]
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]