CƏMİYYƏT
Prokurorluq əməkdaşları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
![](/files/galleryphoto/2022/2/1200x630/16525254394336016357_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525254396463138797_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525254394287063817_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/165252543958104100_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652525439487288976_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525254406091719757_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525254404951830729_1200x630.jpeg)
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də prokurorluq əməkdaşlarının Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ziyarəti təşkil edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı qonaqlar Qala kəndinin qədim tarixi ilə tanış olublar.
Məlumat verilib ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən biridir. Prokurorluq əməkdaşları qədim Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları və sair eksponatlarla tanış olub.
Dulusçuluq, çörəkbişirmə sexlərinin orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərdiyi kompleks qonaqların böyük marağına səbəb olub.
Müsbət təəssüratlarla başa çatan ziyarətin sonunda xatirə şəkli çəkdirilib.