Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaflan Muradov “Cənnətim Qarabağ” rubrikasında

Bakı, 14 sentyabr, AZƏRTAC

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika çərçivəsində növbəti təqdimat Azərbaycanın tanınmış soylarından olan Muradovlar nəslinin daha bir nümayəndəsi Əməkdar artist Qaflan Muradova həsr olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, rubrikada Əməkdar artistin həyat və yaradıcılığı haqqında məlumat verilir.

Qaflan Məmmədrza bəy oğlu Muradov 1890-cı ilin mart ayının 22-də Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. O, ilk təhsilini 1907-1912-ci illərdə doğma yurdundakı rus-tatar məktəbində alıb. Eynilə qardaşı Murad kimi sənətə, ədəbiyyata, musiqiyə olan böyük marağı onu uşaqlıq çağlarından teatra gətirib çıxarır. Q.Muradovun gənclik dövrü Azərbaycanda milli teatrın inkişafının ilk mərhələlərinə təsadüf edir. Belə ki, həmin dövrdə Qarabağda elmə, mədəniyyətə, incəsənətə həmişə meyilli olan yerli əhali arasında böyük bir canlanma yaranmışdı. Bir sıra qabaqcıl ziyalılar öz ideyalarını həyata keçirməklə maarifçilik uğrunda mübarizə aparırdılar. Onlar xalqın şüuruna təsir etmək üçün müxtəlif bölgələrdə teatr dərnəkləri quraraq şəhərin parlaq zəkalı, istedadlı şagirdlərini öz ətraflarına toplayırdılar. Təbiətində aktyorluğa məxsus bir çox bacarıqları cəmləyən gənc Qaflan da belə yığıncaqların ən fəal üzvlərindən biri olur. O, özünü həvəskar kimi səhnədə ilk dəfə 1908-ci ildə sınayır. Ağdamda Qaflanın oxuduğu məktəbin müdiri Əhməd bəy Abbasov tərəfindən günlərin birində Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası tamaşaya qoyulur. Qaflan səhnəyə Yetər obrazında çıxmalı olur. Lakin tamaşa birmənalı qarşılanmır, yaradıcı heyət kənd camaatı tərəfindən təhqirlərə tuş gəlir. Səhnədə qız-qadın obrazı yaratdığı üçün həmyerliləri onu lağa qoyur, "Qız Qaflan", - deyə ələ salırlar. Bütün maneələr, təhqirlər, hədə-qorxular bu səhnə aşiqini ruhdan sala bilmir. Çox keçmir ki, həmin təhsil ocağının bütün yaradıcı tələbələri Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yaratdığı yeni dram truppasına qəbul edilirlər. Həvəskarlar yayda əsasən Şuşada, qışda isə Ağdamda, Xankəndidə tamaşalar göstərirdilər. Q.Muradov dramaturqun hazırladığı bütün tamaşalarda çıxış edir, həmçinin truppanın xorunda da oxuyurdu. 1915-ci ildə o, könüllü olaraq Şuşaya hərbi hissəyə yollanır və orada, həmçinin bədii işlərlə də məşğul olur. 1917-ci ildə Bərdədə dərnək qurub, tamaşalara rəhbərlik edir. 1918-ci ildə hərbi xidmətdən azad olunduqdan sonra doğma ata-baba yurduna qayıdaraq yeni dram kollektivləri yaradır. Dövrün teatr fədailərindən biri olan Əhməd Ağdamski ilə birgə Fəhlə-kəndli klubunun səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin və Ü.Hacıbəylinin əsərlərini böyük həvəslə tamaşaya hazırlayır. Onlar Qarabağın ən ucqar kəndlərində tamaşalar, konsertlər verir, nadan, avam camaatı qəflət yuxusundan oyatmağa çalışırdılar. Qardaşı Murad Muradov Qaflana və onun sənət dostlarına teatr sənəti ilə bağlı hər zaman dəyərli məsləhətlər verir, imkan düşdükcə Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Əbülhəsən Anaplı, Əli Qurbanov və başqa bu kimi görkəmli sənətkarlarla tanış edir. 1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı açılanda Q.Muradov artıq xalq arasında tanınan bir sənətkar idi. O, müxtəlif illərdə bu sənət ocağından əlavə Qarabağda fəaliyyət göstərən xalq teatrlarında, Füzuli Dövlət Dram Teatrında və eləcə də digər müxtəlif truppalarda da aktyorluq edib. O, M.F.Axundzadənin “Hacı Qara”, C.Cabbarlı “Sevil”, “Od gəlini”, Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Toy”, M.İbrahimovun “Həyat”, G.Mdivani “Vətən namusu”, Ə.Haqverdiyev “Pəri cadu”, N.Nərimanovun “Nadir şah”, S.Qənizadənin “Dursunəli və Ballıbadı”, M.Təhmasibin “Bahar” kimi məşhur əsərlərində yaratdığı Hacı Qara, Atakişi, Altunbay, Məcnunun atası, Məşədi İbad, Soltan bəy, Kərbəlayı Hacı, Vidadi, Kərəmov, Həsənov, Yaqor, Niyaz, Təhmas, Dursunəli, Veysəl Mirzə obrazları ilə teatr tariximizə öz adını yazmış oldu.

Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan peşəkar teatrının ən ciddi, ağır problemlərindən biri sayılan müsəlman qadın aktrisaların yoxluğu bir çox teatr fədailərinin həyatı bahasına başa gəlirdi. Səhnədə qadın rollarını oynamağa məcbur olan və sənət yolunda həqarətlərə tab gətirən teatr fədailəri sırasında bu gün Qaflan Muradovun da adı çəkilir. O, bu çətin illərdə Ə.Haqverdiyevin “Dağılan tifaq”da Sona xanım, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah”da Şəhrəbanu xanım, Ü.Hacıbəylinin “Leyli və Məcnun”da Məcnunun anası, “O olmasın, bu olsun”da qulluqçu Sənəm, Z.Hacıbəylinin “Evliykən subay”ında Pərzad və s. bir çox tamaşalarda səhnəyə qadın obrazlarında da çıxıb. O, çalışdığı bütün sənət ocaqlarında nəinki aktyorluq edib, hətta dramaturqların əsərlərinin səhnələşdirilməsində lazımi bütün tədarüklərin görülməsi üçün canla-başla iştirak edib. Belə ki, əsrin əvvəllərində teatrlarımızda aktyor və repertuar kasadlığı ilə bərabər, rekvizit və kostyum problemi də mövcud idi. Cəhalətin və eyni zamanda, teatrlarda büdcə yoxsulluğunun hökm sürdüyü bir zamanda qadınlara məxsus geyimlərin, cəl-cəvahiratların alınaraq teatra təhkimlənməsi mümkünsüz idi. Bu səbəbdən fədailər qohumlarının pal-paltarlarından xəlvəti istifadə etməli olurdular. Q.Muradovun Teatr Muzeyinin fondunda qorunan xatirələrindən bəlli olur ki, 1910-cu ildə Ə.Haqverdiyevin “Dağılan Tifaq” tamaşasında Sona xanım obrazı üçün lazım olan kostyumu aktyor özü tədarük edib. O, səhnəyə evdə heç kimdən icazə almadan gizli götürdüyü anası İmmi xanımın libasında çıxıb. Hətta aktyor bununla kifayətlənməyib, qrim ilə öz anasının simasını, üz cizgilərini elə məharətlə yaradıb ki, tamaşa salonunda oturan qohumlarından biri “xalasını” görəndə təəccüblənib və ayağa qalxaraq etirazını bildirib. Lakin teatr heyəti onu sakitləşdirərək, hazırda səhnədə çıxış edənin İmmi xala deyil, Qaflan olduğunu izah ediblər. Aktyor sonralar bu hərəkətinə görə ailəsi və qohumları tərəfindən bərk danlandığını da etiraf edib.

Bir sözlə desək, ömrünün 60 ildən çoxunu sənətə həsr edən Q.Muradov səhnə ilə nəfəs alan bir sənətkar idi. Onun istər ciddi, istərsə də komik obraza girmək bacarığı, yaratdığı rolu həqiqi mənada yaşamaq istedadı çox güclü idi. Aktyorun fəaliyyəti daim yüksək qiymətləndirilərək müxtəlif mükafatlarla, fəxri fərmanlarla təltif olunub. 1943-cü ildə o, Əməkdar artist fəxri adına layiq görülüb.

Bütün ömrünü milli teatr sənətinin tərəqqisinə, xalqın mənəvi-əxlaqi yüksəlişinə, mədəniyyətin inkişafına sərf edən Qaflan Muradov 1970-ci il aprelin 14-də Ağdamda vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır