QANUNSUZ MALLARI SƏRHƏDDƏN KEÇİRƏ BİLMƏDİLƏR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən müxbirimizə bildirmişlər ki, Xaçmazın “Samur” gömrük məntəqəsində “Mersedes Bens” markalı avtobusda yoxlama həyata keçirilərkən sərnişinlər Çingiz İsrafilova və Mirələkbər Ələkbərova məxsus, bəyannamədə göstərilməyən 32,4 kiloqram qırmızı və 5,3 kiloqram qara kürü, xeyli miqdarda xarici siqaretlər, araqlar və spirtli kokteyl aşkar edilərək götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.