Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır
Qax, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında 2024-cü ilin repertuar planına daxil edilən E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Aynurə Abbasova, Məlahət Məmmədova, İlmar Abdullayev, Azər Kərimov, Cəbrayıl Quluşov, Fidan Mahmudzadə, Elnarə Razıyeva və Elnurə Əliyeva ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Tamaşa martın sonunda uşaqlara təqdim olunacaq.