REGİONLAR
Qaxda yüksək balla ali məktəblərə daxil olan gənclər mükafatlandırılıblar
![](/files/galleryphoto/2017/3/1200x630/1504261316958642983_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/150426131646235562_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15042613165989952694_1200x630.jpg)
Qax, 1 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan qaxlı gənclər rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə builki qəbul imtahanlarının nəticələrinin Qax rayonunun məzunları üçün çox uğurlu olduğu qeyd edilib. Vurğulanıb ki, ali məktəblərə sənəd vermiş 280 məzundan 177-si tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 48 nəfəri 500-700 bal arası, o cümlədən 17 nəfər 600 baldan yuxarı nəticə göstərib.
İmtahanlarda Qum kənd tam orta məktəbin məzunu Elgün Cumayev rayon üzrə hamıdan çox - 680 bal toplayaraq Bakı Mühəndislər Universitetinə daxil olub. Qax şəhər 2 saylı tam orta məktəbin məzunu Əhmədli Asena 670 balla Azərbaycan Tibb Universitetinə, Qum kəndinin daha bir məzunu Ülkər Abdurahmanlı isə 660 balla Azərbaycan Dillər Universitetinə qəbul olunublar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, təhsil şöbəsinin müdiri Məmməd Xasıyev və başqaları çıxış edərək ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub.