REGİONLAR
Qaxlı gənclər rayondakı Bayraq Muzeyini ziyarət ediblər
![](/files/galleryphoto/2022/2/1200x630/1652888135581898353_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16528881355660357793_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16528881356468719354_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652888135567216476_1200x630.jpg)
Qax, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin təşkilatçılığı ilə rayon gəncləri 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Qax şəhərindəki Bayraq Muzeyinə səfər ediblər.
Nümayəndəliyin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səfər zamanı mərkəzin gənc könüllüləri muzeyin ekspozisiya zalında nümayiş etdirilən eksponatlarla yaxından tanış olub, muzey haqqında ətraflı məlumat əldə ediblər. Bildirilib ki, Bayraq Muzeyi 2017-ci il avqustun 3-də fəaliyyətə başlayıb. Muzeyin açılışında Prezident İlham Əliyev iştirak edib. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır.
E.Həşimli bildirib ki, gənclərin rayonun tarixini dərindən öyrənmələri məqsədilə nümayəndəlik tərəfindən mütəmadi olaraq belə layihələr həyata keçirilir.