İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb
Bakı, 2 iyul, AZƏRTAC
“Air Europa” şirkətinə məxsus İspaniyadan Uruqvaya uçan “Boeing 787-9 Dreamliner” təyyarəsi turbulentə düşüb.
AZƏRTAC CNN-ə istinadən xəbər verir ki, turbulentlik nəticəsində 30 sərnişin xəsarət alıb.
“Əllərində, üz və ayaqlarında sınıq və xəsarət alan sərnişinlər var. Təxminən 30 nəfər yaralanıb”, - deyə nəşr yazır.
Telekanalın məlumatına görə, təyyarə Madriddən Montevideoya uçarkən Braziliyanın Natal şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.
May ayında Sinqapur Hava Yollarına məxsus təyyarənin sərnişini güclü turbulentlik səbəbindən dünyasını dəyişmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]