Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb
Bakı, 1 iyul, AZƏRTAC
Özbəkistanda deflyasiya 0,2 faiz təşkil etsə də illik inflyasiya 10,6 faizə qədər artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Milli Statistika Agentliyi məlumat yayıb.
İyun ayında ərzaq məhsullarının qiymətləri orta hesabla 1,8 faiz azalıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,9 faiz bahalaşıb. Mənzil kirayəsi aylıq 0,7 faiz, illik 9,5 faiz artıb. Dərman qiymətləri artmaqda (1,4 faiz) davam edib, (ƏDV güzəştləri ləğv edildikdən sonra) stasionar müalicə və reabilitasiya xidmətlərinin qiymətləri 4,2 faiz artıb.
İyun ayında respublika üzrə dəmir yolu nəqliyyatı xidmətlərinin qiyməti orta hesabla 1,8 faiz, hava nəqliyyatı bir ay ərzində 0,2 faiz, turist səfərləri isə 1,6 faiz bahalaşıb.
Bundan başqa, dövlət uşaq bağçalarında ödənişlər 20 faiz, özəl uşaq bağçalarında 2,4 faiz bahalaşıb.
Qeyd edilir ki, aprelin sonunda Mərkəzi Bank 2024-cü il üçün ümumi inflyasiya proqnozunu 8-9 faizdən 9-11 faizə qaldırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]