Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib
İstanbul, 2 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və səhiyyə naziri Fahrettin Koca vəzifələrindən istefa veriblər.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Mehmet Özhaseki və Fahrettin Kocanın yerinə müvafiq olaraq Murat Kurum və Kemal Memişoğlu təyin ediliblər.
Türkiyə Prezidentinin buna dair qərarı “Rəsmi” qəzetdə yayımlanaraq qüvvəyə minib.
Qeyd edək ki, Türkiyənin yeni təyin olunan səhiyyə naziri Kemal Memişoğlu 2016-cı ildən indiyədək İstanbul şəhər səhiyyə müdiri vəzifəsini icra edib. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə 2018-2023-cü illərdə eyni vəzifədə işləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]