Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb
Bakı, 1 iyul, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransa və Belçika yığmaları üz-üzə gəlib. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 85-ci dəqiqədə Belçikanın heyətində avtoqol müəllifi olan Yan Vertongen vurub.
Bununla da Fransa adını 1/4 final mərhələsinə yazdırıb.
Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]