QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ
Milli bayram – Müstəqillik günü münasibətilə Sizi və dost Qazaxıstanın bütün xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, bundan sonra da birgə səylərimiz xalqlarımızın mənafeləri, regionda sülh, sabitlik və tərəqqi naminə Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın inkişafına və möhkəmlənməsinə yönəldiləcəkdir.
Hörmətli Nursultan Abişoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar, dost Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 dekabr 2006-cı il .