QAZAXISTANDA NARKOCİNAYƏTLƏRƏ GÖRƏ CƏZA SƏRTLƏŞDİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Qazaxıstan parlamenti Cinayət, Cinayət-Prosessual məcəlləsinə və narkotiklərin qanunsuz dövriyyəsi sahəsində məsuliyyətin gücləndirilməsi məsələlərində inzibati hüquq pozuntuları barəsində Qazaxıstan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun qəbul etmişdir.
Əlavələrlə narkocinayətlərə görə cinayət məsuliyyəti sərtləşdirilir, o cümlədən narkotiklərin tədris müəssisələrində və yetkinlik yaşına çatmayanlara satılması, mütəşəkkil cinayətkar qruplaşmalar tərəfindən xüsusilə böyük miqdarda realizə edilməsi, xüsusilə böyük miqdarda narkotiklər qaçaqmalçılığı, narkotiklərin qəbuluna insan ölümü ilə nəticələnən təhriketmə kimi hallarda ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
Proseduraya əsasən, qanun imzalanmaq üçün Prezidentə göndərilir.
Beynəlxalq ekspertlərin fikrincə, Qazaxıstan, əsasən, narkotiklərin Əfqanıstandan Rusiyaya və daha sonra Avropaya qeyri-leqal göndərilməsi yolunda tranzit ölkədir. Yanvar ayından bəri Daxili İşlər Nazirliyinin qüvvələri ilə respublikada 200 kiloqramdan artıq heroin müsadirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]