İDMAN
Qazaxıstandan qızıl medal
![](/files/galleryphoto/2015/2/1200x630/14338435522918431779_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14338435524568315789_1200x630.jpg)
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 4-6-da Astanada bədii gimnastika üzrə beynəlxalq turnir “Juldız kuboku” keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu turnirdə böyüklər arasında Ayşən Bayramova və Zeynep Celep, yeniyetmələrdən isə Jalə Piriyeva və Veronika Qudis təmsil edib.
Yarışlar halqa, gürzlər və lentlə hərəkətlərinə görə 3 qızıl medal qazanan A.Bayramovanın parlaq çıxışları ilə yadda qaldı. Top ilə çıxışında A.Bayramova bürünc medalla kifayətlənib. Hər 4 çıxışın nəticəsinə əsasən, gimnastımız 3-cü yerdə qərarlaşıb.
Yeniyetmələr arasında 2014-cü il Avropa çempionatının gümüş mükafatçısı J.Piriyeva çoxnövçülükdə və halqa ilə çıxışına görə qızıl medal əldə edib. O, həmçinin top və iplə hərəkətlərdə iki bürünc medal qazanıb. Komanda yoldaşı V.Qudis isə çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb.
Həftəsonu batutçularımız da öz qüvvələrini sınayıblar.
Qeyd edək ki, Svetlana Makştaryova və Sabina Zaytsevanın dueti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Kuboku mərhələsində medalın bir addımlığında dayanaraq, 4-cü yerdə qərarlaşıblar.