İQTİSADİYYAT
Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə tender elan edilmişdir
Bakı, 3 fevral (AZƏRTAC). Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə tender elan edilmişdir.
“Azərsu” ASC-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qurum “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə tender elan etmişdir. Azərbaycan hökumətinin iştirak payı və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə Qəbələ və Şamaxı şəhərlərində su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisini nəzərdə tutur. Tender Qəbələ və Şamaxı şəhərləri üzrə ayrılıqda 2 lot üzrə keçirilir. Qaydalara görə iddiaçılar hər 2 lot üzrə təkliflərini hissə və paketlər şəklində də verə bilərlər.
Təkliflərin qiymətləndirilməsi Dünya Bankının birmərhələli tender prosedurasına müvafiq həyata keçiriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada (ingilis dilində) təqdim etməli, müsabiqədə iştirak üçün 160 manat və ya 200 ABŞ dolları ödəməlidir. Təkliflər martın 1-i saat 16.00-dək “Azərsu” ASC-yə təqdim olunmalıdır.
İddiaçılar daha ətraflı məlumatı və tender sənədlərini bu ünvandan əldə edə bilərlər - Moskva prospekti 67, “Azərsu” ASC, Beynəlxalq layihələrin idarə olunması şöbəsi, tel: (+99412) 530-43-44, faks: (+99412) 431-33-55.