“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb
Bakı, 1 iyun, AZƏRTAC
“Saudi Aramco” “Gas & Oil Pakistan” şirkətinin 40 faizlik payının alınması prosesini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Business Recorder” qəzeti “Saudi Aramco”nun mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.
“Gas & Oil Pakistan” Pakistanda neft məhsullarının ən böyük distribütorlarından biridir və ölkə üzrə benzin, dizel yanacağı və yanacaq-sürtkü materialları satan 1200-dən çox pərakəndə satış məntəqəsi şəbəkəsinə malikdir.
“Saudi Aramco” ilə “Gas & Oil Pakistan” arasında səhmləri almaq üçün müqavilə 2023-cü ilin dekabrında imzalanıb. 2024-cü ilin aprelində müqavilə Pakistan Rəqabət Komissiyası tərəfindən təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]