Azərbaycan Dövlət İnformasiya Agentliyi

QƏDİRBİLƏN AZƏRBAYCAN XALQI ULU ÖNDƏRİN XİLASKAR MİSSİYASINI UNUTMAYACAQDIR

Heydər Əliyev kimi nəhəng şəxsiyyətlərin fəaliyyətinə, onların həyat yoluna bütöv bir tam kimi yanaşmaq lazımdır. Çünki belə insanların həyatının bu və ya digər dövrünü təhlil etmək cəhdləri onların möhtəşəmliyinə xələl gətirərdi.

Heydər Əliyevin böyüklüyü ondadır ki, ümummilli liderin bütün həyatının məqsədi öz xalqına, Vətəninə sədaqətlə xidmət etməkdən ibarət olmuşdur.

Otuz beş ilə yaxın bir müddətdə ölkəyə rəhbərlik etmiş Heydər Əliyev uzaqgörən iqtisadi siyasəti sayəsində keçmişdən gələcəyə körpü salmışdır. Sovet dövründə o, Azərbaycanı İttifaqın geridə qalan respublikaları sırasından qabaqcıllar cərgəsinə çıxarmış, bununla da gələcəkdə suveren Azərbaycan dövlətinin qurulması üçün maddi-texniki və iqtisadi zəmin yaratmışdı.

Lakin o, Ulu Tanrı tərəfindən qismətinə yazılmış ən böyük vəzifəni həm öz şəxsi həyatının, həm də Azərbaycan dövlətinin tarixində ən mürəkkəb dövrdə həyata keçirməli olmuşdur.

Azərbaycan tarixində postsovet dövrü 1990-cı ilin faciəli yanvar hadisələrindən başlanır. Bu andan etibarən xalqımız çox çətin sınaqlara sinə gərməli oldu. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirmiş, müharibənin uzanması ölkə iqtisadiyyatını bərbad vəziyyətə salmışdı.

Naxçıvan Muxtar Respublikası blokadada idi. Bir tərəfdən aclıq və soyuq, bir tərəfdən də düşmən təcavüzü nəticəsində bölgədə çox gərgin vəziyyət yaranmışdı. Bu mürəkkəb dövrdə dünya ictimaiyyətinin diqqətini Naxçıvanın problemlərinə cəlb edən Heydər Əliyev qısa müddətdə Türkiyə və İranla muxtar respublika arasında humanitar dəhlizlər yaratmağa, təcili surətdə avtomobil körpüsü tikilməsinə, elektrik xətləri çəkilməsinə nail olmuş, digər tədbirlər görmüşdü.

Bakıda isə səriştəsiz Elçibəy hökumətinin başı kürsü davasına qarışmışdı. Bu gərgin tarixi məqamda bədnam Surət Hüseynov Elçibəyə qarşı qiyam qaldırdı. O dövrdə S.Hüseynovun sərəncamında Qarabağda döyüş əməliyyatları təcrübəsinə malik olan çoxsaylı hərbiləşdirilmiş dəstələr vardı. Həmin qüvvələr hökumət qoşunları tərəfindən demək olar ki, heç bir müqavimətlə üzləşmədən Bakıya tərəf irəliləyirdi.

Bu vəziyyətdə ziyalıların nümayəndələri Heydər Əliyevə müraciət edərək onun Bakıya qayıtmasını və ölkəyə rəhbərliyi öz üzərinə götürməsini xahiş etdilər. Bakı bu xilaskar insanı sevinclə qarşıladı - burada ona çox böyük ümid bəsləyirdilər.

Heydər Əliyev şəxsiyyətinin gücü bütün millət üçün, bütövlükdə dövlət üçün həqiqətən taleyüklü rol oynadı. Qeyd etmək lazımdır ki, o dövrdə Azərbaycan parçalanma həddində idi: cənubda “hümbətovçular” ölkəni parçalamağa çalışırdılar, parlamentdə, hökumətdə və hakimiyyətin digər eşelonlarında isə mülkiyyət bölgüsü uğrunda qızğın mübarizə gedirdi. Axşamlar hava qaralandan sonra Bakının və Gəncənin küçələrinə çıxmaq qorxulu idi - quldurluq baş alıb gedirdi, insanların qətlə yetirilməsi adi hala çevrilmişdi. Bir tərəfdən də Bakıya hər gün qaçqınların və məcburi köçkünlərin yeni dəstələri gəlirdi.

Bu hərc-mərclik bir-iki ay da davam etsə idi, Azərbaycan dövlətinin bütövlüyünə son qoyula bilərdi. Bu vəziyyəti kiminsə aradan qaldıra biləcəyini təsəvvür etmək çətin idi, lakin Heydər Əliyev buna nail oldu. O, xalqa və dövlətə zidd qüvvələrlə mübarizəyə başlamaqla öz ölkəsini xilas etmək kimi böyük bir missiyanı yerinə yetirirdi. Danılmaz faktdır ki, o, diz çökmüş Azərbaycan xalqını ayağa qaldırdı. O, bir-birinin ardınca çox vacib məsələlər həll edirdi: cəbhədə qan tökülməsini dayandırmış, normal iqtisadi inkişaf və ölkəyə investisiyalar cəlb edilməsi üçün çox zəruri olan siyasi sabitliyi bərpa etmiş, Azərbaycanın neft strategiyasını işləyib hazırlamış, tarixi İpək yolunun bərpa edilməsi, GUAM birliyinin yaradılması və daha neçə-neçə təşəbbüslər irəli sürmüşdü.

Bazarda total qıtlığın demək olar ki, tamamilə ləğv edilməsi, iqtisadi inkişaf sürətinin artırılması, neft hasil edən ölkəmizin beynəlxalq nüfuzunun dirçəldilməsi - bütün bunlar məhz Heydər Əliyevin uzaqgörən siyasətinin əsas nəticələri idi.

Sirr deyildir ki, o dövrdə Azərbaycan ərazisində çoxsaylı xarici dövlətlərin (özü də təkcə qonşu dövlətlərin yox!) xüsusi xidmət orqanlarının nümayəndələri fəaliyyət göstərirdi. Bu da təsadüfi deyildi - dünyada neft və qaz ehtiyatlarının 15 faizinin cəmləşdiyi ölkəmiz əsl yağlı tikəyə çevrilmişdi. Lakin kəşfiyyatın və əks-kəşfiyyatın mahir bilicisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onları da üstələdi.

Heydər Əliyevin ən güclü silahı söz idi. O, sözdən həm natiq kimi, həm diplomat kimi, həm də həssas psixoloq kimi ustalıqla istifadə edirdi. Xalq ilə elə danışırdı ki, ölkənin hər bir vətəndaşı bu sözləri şəxsən özünə ünvanlanmış müraciət kimi qəbul edirdi. Müsahibinin ovqatındakı ən xırda nüansları duyaraq bu məqama heyrətamiz həssaslıqla münasibət bildirirdi. Yüksək daxili nəzakət hissi isə hər kəsin qəlbini ələ almaqda ona kömək edirdi. Onun qeyri-adi intuisiyası Azərbaycan xalqı üçün taleyüklü məqamlarda ən düzgün qərarlar qəbul etməyə imkan verirdi.

Ölkəmiz üçün, xalqımız üçün çox gərəkli insan olan Heydər Əliyev tarixin yeni mərhələsində, yeni siyasi və sosial-iqtisadi şəraitdə özünün fitri liderlik potensialını reallaşdırmağı bacardı. Bu, XX əsrdə ondan başqa bəlkə də heç bir şəxsiyyətə nəsib olmamışdı. Doğrudan da ana təbiət dünyaya bu cür insanlar bəxş etməsəydi, həyat çox sönük olardı.

Heydər Əliyevin sonrakı nəsillər qarşısında xidmətlərinin həqiqi dəyəri illər keçdikcə daha çox hiss edilir. Onilliklər, yüzilliklər keçəcək, onun böyüklüyü isə get-gedə daha dərindən dərk ediləcəkdir, çünki onun bəşəriyyət qarşısında xidmətləri həqiqətən ölçüyəgəlməzdir.

O, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ümummilli lideridir.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı 15 iyun günü Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Bu, qədirbilən xalqımızın öz xilaskarına ehtiramının, onun misilsiz xidmətlərinə hörmətinin ifadəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT