Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qələbə bayramı muxtar respublikanın rayonlarında yüksək əhval-ruhiyyə ilə qeyd olunub

Naxçıvan, 9 may, Rauf Kəngərli, Tural Kəngərli, AZƏRTAC

Mayın 9-da faşizmi üzərində tarixi Qələbənin ildönümü Naxçıvan Muxtar Respublikasının rayonlarında yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

Şərur rayonu

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda tədbir iştirakçıları əvvəlcə Şərur şəhərində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Şərur Olimpiya-İdman Kompleksində davam etdirilən tədbirdə əvvəlcə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlıların da göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də fəal iştirak etdiyini faktlarla nəzərə çatdırıb.

Vurğulanıb ki, müharibədə 300 mindən çox azərbaycanlı həlak oldu. Döyüşən orduda iştirak edən ağır hərbi texnika, xüsusilə təyyarələr Bakı nefti ilə işləyirdi. Arxa cəbhədə fədakarlıq göstərən azərbaycanlılar isə ordunu müxtəlif isti paltarlar, ərzaq məhsulları, digər zəruri ləvazimatlarla təmin edirdilər.

“Şərur rayonundan müharibəyə gedən 4 min 7 nəfərin 394-ü həlak olub, 1395-i itkin düşüb. Müharibədən 2 min 218 nəfər doğma yurduna qayıda bilib. Hazırda rayonda 6 müharibə iştirakçısı, həlak olmuş müharibə veteranlarının 102 dul arvadı, 133 nəfər isə arxa cəbhə veteranı var”, - deyən Kamal Cəfərov bildirib. O deyib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bəzi üzdəniraq siyasətçilərin keçmişimizə qara yaxmaq üçün həyata keçirdikləri planın tərkib hissəsi kimi, Böyük Vətən müharibəsi veteranları da diqqətdən kənarda qalmışdı. Lakin tarixi Qayıdışdan sonra ulu öndərimiz Heydər Əliyev müharibə və arxa cəbhə veteranlarına qayğı göstərdi, onların sağlamlıqlarının qayğısına qalınması, reabilitasiyalarının daim diqqət mərkəzində saxlanılması üçün müvafiq qurumlara tapşırıqlar verdi. Bu gün də Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının sərəncamları ilə Böyük Vətən müharibəsi veteranlarına təqaüdlər verilir, onlar minik maşınları ilə pulsuz təmin olunurlar. İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında ölkə başçısı tərəfindən hər il Qələbə Günü ərəfəsində imzalanan sərəncamlar da veteranlara göstərilən diqqət və qayğının təzahürüdür.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri Nəsib Quliyev, ağsaqqallar adından isə Vasif Kazımov çıxış edərək veteranlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonra orta məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

“Arpaçay” instrumental ansamblının çıxışı alqışlarla qarşılanıb.

Tədbir çay süfrəsi arxasında davam edib.

Babək rayonu

Qələbənin 73-cü ildönümü münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Əvvəlcə İkinci Dünya müharibəsində həlak olmuş babəklilərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edilib.

Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsinə Babək rayonundan 1275 nəfər yollanıb. Müharibəyə gedənlərdən 1058-i qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib.

Qeyd olub ki, bu gün 73-cü ildönümünü qeyd etdiyimiz qələbənin qazanılmasında iştirak etmiş qəhrəman veteranlarımıza xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra lazımi səviyyədə diqqət yetirilməyə başlanılıb. Hər il 9 May - Qələbə Günü ölkədə böyük təntənə ilə qeyd edilir, həlak olmuş soydaşlarımız ehtiramla yad olunur, yaşayanlara yüksək səviyyədə qayğı göstərilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Babək rayon təşkilatının sədri Həsən Həsənov çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Sonda veteranlara hədiyyələr təqdim olunub.

Ordubad rayonu

Ordubad rayonunda Qələbənin 73-cü il¬dönümünə həsr olunmuş tədbirdən əvvəl 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə kompleksi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulub.

Sonra Ordubad şəhərindəki “Emin” şadlıq evində Qələbə Gününə həsr edilmiş tədbir keçirilib. Çay süfrəsi arxasında keçirilən tədbirin aparıcıları qeyd ediblər ki, Böyük Vətən müharibəsinin iştirakçısı olan həmyerlilərimiz faşizm üzərində Qələbənin qazanılmasında qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. Onların göstərdikləri igidliklər xalqımızın qəlbinə əbədi həkk olunub.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək 1941-1945-ci illər müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik edib. Bildirib ki, Ordubad rayonunun qəhrəman övladları da müharibə illərində həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər. Ordubad rayonundan cəbhəyə yollanan Nəcəfqulu Rəfiyev 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərib, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli Fərmanı ilə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Müharibə başlanandan Ordubad rayonundan cəbhəyə 3 min 387 nəfər yollanıb, əksəriyyəti qanlı döyüşlərdə qəhrəmancasına həlak olub. Onlardan Buhenvaldın əfsanəvi qəhrəmanı Əkbər Ağayev, 4-cü Ukrayna cəbhəsinin döyüşçüsü, Polşa və Fransa ərazilərində partizan hərəkatının fəal iştirakçıları Məmməd Zeynalov, Qərib Quliyev, Dnepropetrovsk və Krivoy-Roq şəhərlərinin azad olunmasında iştirak edən minamyotçu Ələsgər Vəlibəyov, İtaliyada partizan hərəkatının fəal iştirakçıları yazıçı-jurnalist Cəlil Rəfiyev, “Mixaylo” kimi tanıdığımız Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə birlikdə vuruşan “Ave” ləqəbli Əvəz Abdullayev, Həsənqulu Əliyev, Stalinqrad döyüşlərində fəal iştirak edənlərdən Əli İbrahimov, Əşrəf Bayramov, Əli Məmmədov, Nuru İsmayılov, Qafqaz döyüşlərinin iştirakçılarından Əlmərdan Salehov, Ələkbər Cəlilov, həmçinin Səyyad Şəfiyev, Məmməd Babayev, podpolkovnik Əkbər Fəttahov və başqaları Qələbə uğrunda hünər və rəşadət göstəriblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayev, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Ordubad rayon təşkilatının sədri Fərrux Nağızadə, muxtar respublikanın Əməkdar Mədəniyyət İşçisi Vilayət Bağırov çıxış edərək müharibə veteranlarını Qələbə Günü münasibətilə təbrik edib, o illəri yada salaraq arxa cəbhədə insanların “Hər şey qələbə üçün!” devizi altında göstərdikləri fədakarlıqlardan, həmin dövrün məhrumiyyətlərdən söz açıblar.

Müharibə veteranı Məhəmmədəli Sultanov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbirə Ordubad Rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblının ifa etdiyi rəngarəng musiqi nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.

Tədbirin sonunda müharibə veteranlarına hədiyyələr təqdim olunub.

Culfa rayonu

Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə rayon mərkəzində 1941-1945-ci illər müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman həmyerlilərimizin xatirəsini ehtiramla yad edilib.

Sonra çay süfrəsi arxasında davam etdirilən tədbirdə qeyd olunub ki, bəşər tarixinin ən dəhşətli müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının övladları da qəhrəmanlıq göstəriblər. Yüz minlərlə azərbaycanlı müxtəlif diviziya və hərbi birləşmələrin tərkibində ön cəbhəyə göndərilib. Xalqımızın fədakarlığı ön cəbhədə olduğu kimi, arxa cəbhədə də müharibənin taleyini həll edib. Bakı döyüşən ordunun yanacağa olan tələbatının 70 faizdən çoxunu verərək Qələbənin qazanılmasında əvəzolunmaz rol oynayıb. Müharibədə Naxçıvanın da mərd oğul və qızları düşmənə qarşı rəşadətlə vuruşaraq şücaətlər göstəriblər.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev müharibə veteranlarını Qələbə Günü münasibətilə təbrik edərək vurğulayıb ki, bu Qələbənin qazanılmasında culfalıların da rolu olub. 1941-1945-ci illər müharibəsində, ümumilikdə, Culfa rayonundan 1200-ə qədər insan iştirak edib və yarıdan çoxu həlak olub. Onların böyük əksəriyyəti döyüşlərdə göstərdiyi şücaətlərə görə müxtəlif orden və medallarla təltif edilib.

Müharibə veteranlarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim diqqət göstərildiyini deyən icra hakimiyyətinin başçısı bu diqqət və qayğının ölkə başçısı İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra müharibə veteranlarına hədiyyələr təqdim olunub.

Müharibə veteranları onlara göstərilən böyük ehtirama görə dövlətimizə minnətdarlıqlarını bildirib, tezliklə işğal altında olan torpaqlarımızda da qələbə gününün qeyd edilməsini arzulayıblar.

Tədbir Culfa Rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivinin çıxışları ilə davam etdirilib.

Səhhətinə görə tədbirdə iştirak edə bilməyən veteranlara evlərində hədiyyələr təqdim olunub.

Kəngərli rayonu

Kəngərli rayonunda keçirilən tədbirin iştirakçıları əvvəlcə Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər. Tədbir Qıvraq qəsəbəsindəki şadlıq sarayında təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib. 

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbirdə çıxış edərək veteranları Qələbə münasibətilə təbrik edib. Bildirib ki, İkinci Dünya müharibəsi zamanı Naxçıvan Muxtar Respublikasının əhalisi də döyüşlərdə şücaətlə iştirak edib, cəbhə üçün əllərindən gələni əsirgəməyib. O odlu-alovlu illərdə fədakarlıq göstərən azərbaycanlılardan ibarət təşkil edilmiş 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Bel¬qrad” və 77-ci “Simferopol” diviziyalarının şərəfli döyüş yolu keçdiyini, soydaşlarımızın təxminən yarısının ağır döyüşlərdə qəhrəmancasına həlak olduğunu bildirib. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstəriblər. Bu da qürurvericidir ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçib, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olublar.

“Həmin qanlı-qadalı illərdə müharibəyə Kəngərli rayonundan 800-dən artıq insan göndərilmişdi. Bu gün Kəngərli rayonunda 1 İkinci Dünya müharibəsi veteranı, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş 22 döyüşçü ailəsi və 24 arxa cəbhə veteranı vardır. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar”, - deyən Kamal Ələkbərov qeyd edib. O bildirib ki, respublikamız müstəqillik qazandığı ilk illərdə hakimiyyətdə olanlar veteranlara diqqət və qayğını nəinki unutmuşdular, hətta onlara yad nəzərlərlə baxırdılar. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib, imtiyaz və statusları bərpa olunub.

Tədbirdə Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Kəngərli rayon təşkilatının sədri İsmayıl Hüseynquliyev, rayon Ağsaqqallar Şurasının sədri Nahaz Səfərov veteranlara göstərilən diqqət və qayğıdan danışıblar.

Rayon Mədəniyyət şöbəsinin “Kəngər” instrumental ansamblının və uşaq musiqi ¬məktəbləri kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.

Sonra veteranlara hədiyyələr təqdim olunub.

Şahbuz rayonu

Şahbuz şəhərindəki “Yeni Batabat” şadlıq sarayında tədbir keçirilən tədbirdə iştirakçılar əvvəlcə 1941-45-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər qoyublar.

Rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev veteranları Qələbə Günü münasibətilə təbrik edib. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Qələbənin qazanılmasında xidməti olan insanlara daim diqqət göstərib, 1941-1945-ci illərin müharibə veteranlarını “Azərbaycan xalqının qızıl fondu” adlandırıb.

Rəfael Babayev qeyd edib ki, bu gün Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət göstərir, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilir.

Naxçıvan Muxtar Respublikasında da İkinci Dünya müharibəsi iştirakçılarına və arxa cəbhədə fədakarlıq göstərən əmək adamlarına hərtərəfli qayğı göstərildiyini deyən icra hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, bu qayğıdan rayonun veteranlarına da pay düşüb. Hər il Qələbə Günü münasibətilə müharibə veteranlarının iştirakı ilə bayram tədbirlərinin keçirilməsi, onlara hədiyyələrin verilməsi və maddi köməkliyin göstərilməsi də bunun bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şahbuz rayon təşkilatının sədri Məmməd Bağırov çıxış edərək İkinci Dünya müharibəsi iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara göstərilən yüksək dövlət qayğısından danışıb.

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov çıxışında vurğulayıb ki, on minlərlə qurban hesabına əldə olunan Qələbəni şahbuzluların da təntənə ilə qeyd etməyə mənəvi haqqı vardır. Çünki qanlı müharibədə minlərlə azərbaycanlının sırasında şahbuzlular da olub. Ulu Öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bu gün həmin insanlar və onların ailə üzvləri diqqət və qayğı ilə əhatə ediliblər.

İkinci Dünya müharibəsi veteranları Əli Xəlilov, Məmməd Həsənov da çıxış edərək tarixi Qələbənin qazanılmasında azərbaycanlıların şücaətindən, onların fədakar xidmətlərindən, müharibədə minlərlə şahbuzlunun iştirakından və göstərdikləri qəhrəmanlıqdan söhbət açıblar. Onlar göstərilən dövlət qayğısına görə veteranlar adından minnətdarlıqlarını bildiriblər.

Tədbir rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının maraqlı konsert proqramı ilə davam edib.

Sonda İkinci Dünya müharibəsi veteranlarına hədiyyələr təqdim olunub.

Sədərək rayonu

Əhəmiyyətli tarixi hadisələrin şahidi olan, düşmənlə bir addımlıqda ayıq-sayıq dayanan sərhəd bölgəmiz Sədərək rayonunda 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan Qələbənin 73-cü ildönümü münasibətilə keçirilən tədbir bu bölgə sakinləri üçün ikiqat əhəmiyyət daşıyır. Çünki bu torpaq elə alman faşizminə bərabər olan erməni vandalizminin əsassız torpaq iddiaları ucbatından dəfələrlə hücumlara məruz qalıb. Lakin sədərəklilər mənfur düşmən qarşısında əyilməyiblər, bu qədim yurd yerinin düşmən tapdağına çevrilməməsi üçün qəhrəmanlıq göstəriblər. O döyüşlərdə çoxlu şəhidlər verilib.

Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gedərək burada 1941-1945-ci illər və Azərbaycan Vətən müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidələrin önünə və burada uyuyan türk əsgərinin məzarı üzərinə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çay süfrəsi arxasında davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsində Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub.

Qeyd edilib ki, müharibə veteranlarının mənzillərlə, şəxsi minik maşınları ilə təmin edilmələri, onların müalicə olunmaq üçün müxtəlif sanatoriyalara, pansionatlara göndərilmələri, digər problemlərinin həll olunması üçün dövlətimiz tərəfindən bütün tədbirlər həyata keçirilir. Ölkə prezidentinin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı onlara göstərilən daha bir qayğının ifadəsidir. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardım şamil olunan şəxslərə çatdırılıb, ayrılan məbləğlər həmin şəxslərin plastik bankomat kartlarına köçürülüb. Müavinət alanlar arasında Sədərək sakinləri də vardır.

Rayon icra hakimiyyətinin başçısı müharibə və arxa cəbhə veteranlarını Qələbənin 73-cü ildönümü münasibətilə təbrik edib.

Veteranlara hədiyyələrin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Sədərək rayon təşkilatının sədri Əkbər Kərimov və Böyük Vətən müharibəsi veteranı Ələkbər Cabbarov, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov və həmin təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva çıxış ediblər. Çıxışlarda daha bir qələbənin tez bir zamanda düşmən tapdağı altında olan torpaqlarımızda qeyd ediləcəyinə böyük əminlik ifadə olunub.

Veteranlar dövlətimizin onlara göstərdiyi qayğıdan bəhs edərək öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin bədii hissəsində rayon mədəniyyət şöbəsinin “Oğuz eli” instrumental ansamblı üzvlərinin ifasında səsləndirilən mahnılar, nümayiş olunan ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları