Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qələbəyə aparan yollar: istək, zəhmət, mübarizə

Bakı, 19 aprel (AZƏRTAC). Həyat mübarizədir. Lakin bu, heç də təbiət elmlərindən öyrəndiyimiz mübarizə deyil. Şüur və dilin imkanları ilə düşünmək, danışmaq qabiliyyəti olan insan öz ruhu, iradəsi, öz təbiəti ilə də mübarizə apara bilər. İndi nəinki dil, din və irqindən, həm də fiziki imkanları və sosial mənşəyindən asılı olmayaraq, insanın cəmiyyətdə mövqeyi bərabərdir. Bu səbəbdən həyatın hər bir sahəsində olduğu kimi, idmanda da ayrı-seçkilik qətiyyən yolverilməzdir.

İkinci dünya müharibəsindən sonra planetin genişlənən idman hərəkatında, xüsusilə olimpiya ideyalarının qələbə çaldığı dövrdə əlillərin də özünəməxsus yeri formalaşmağa başlamışdır.

Fiziki cəhətdən sağlam insanların həyatında bədən tərbiyəsi və idmanın rolu nə dərəcədə əhəmiyyətlidirsə, fiziki qüsurluların da sağlamlığının bərpasında və mənəvi reabilitasiyasında onun rolu ikiqat vacibdir. Təsadüfi deyildir ki, ikincilərin idman maraqları Beynəlxalq Paralimpiya Komitəsində birləşmişdir. Bu qurum onların bacarıq və qabiliyyətinin hüdudsuzluğunu, qəhrəmanlıqlarının bəzən sərhəd belə tanımadığını göstərir, insan iradəsinin hər şeyə qadir olduğunu əyani sübut edir. Hərəkatın əsasını isə 1948-ci ildə Böyük Britaniyanın Eylesberi şəhərində Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qutman qoymuşdur. Həmin il o, Londonda keçirilən Olimpiya Oyunları ilə bərabər Əlillərin Beynəlxalq Oyunlarını təşkil etmişdir. Bu oyunlar rəmzi xarakter daşımış və 1960-cı ilədək onun yenidən keçirilməsinə təşəbbüs göstərilməmişdir. Nəhayət, 1960-ci ildə Roma Yay Olimpiya Oyunlarından bir neçə həftə sonra ilk Paralimpiya Oyunları keçirilmişdir. Həmin vaxtdan bu iki yarış qoşa addımlayır və idman qurğularının inşası və əsaslı təmiri zamanı əlillərin də maraqları nəzərə alınır. Bütün bunlar dünyada sosial bərabərliyin, insanlığın digər mənəvi dəyərlərinin də qələbə anı sayıla bilər.

Ölkəmizdə bu ideyalar məhz cəmiyyətdə sabitlik dövrünün qədəmləri ilə öz yerini tapmışdır. Müstəqilliyin ilk illərindəki hərc-mərclik, qarışıqlıq dövrünü geridə qoyan Azərbaycanda 90-cı illərin ikinci yarısından başlayaraq sosial rifah, tam hüquqlu cəmiyyət quruculuğunun ilk addımları atılmışdır. 1996-cı ilin əvvəlində yaradılan Milli Paralimpiya Komitəsi cəmiyyətin mənəvi dəstəyə ehtiyacı olan təbəqəsinin arzularının tərənnümçüsünə çevrilmişdir.

İdmanın inkişafında ən vacib prinsiplərdən biri güclü maddi-texniki bazanın olmasıdır. Çünki idman nəticələri, əsasən, yaradılan şəraitlə birbaşa bağlıdır. Ölkəmizdə paralimpiya hərəkatının yarandığı ilk gündən idmançıların şəraitinin yaxşılaşdırılması, onların hər cür qayğı ilə əhatə olunması istiqamətində böyük işlər görülməsinə baxmayaraq, onların vahid bir mərkəzinə də ehtiyac duyulurdu. Hələ 2000-ci ildə, paralimpiyaçılarımız ilk uğurlarını qazandıqdan sonra XI Sidney Yay Paralimpiya Oyunlarından qayıtmış idmançılarla görüşmüş dövlət başçısı Heydər Əliyev əlil idmançılar üçün xüsusi kompleksin tikintisi barədə qərar verdi.

Bu qurğunun inşası zəruri idi. Nəhayət, 2008-ci il avqustun 28-də Sumqayıtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə inşa edilmiş Paralimpiya İdman Kompleksi açılmışdır. MDB məkanında yeganə olan bu kompleksdə nəinki ölkədaxili, eyni zamanda, beynəlxalq səviyyəli təlim-məşq toplanışlarının təşkili, yarışların keçirilməsi də mümkündür. Bu isə qurğunun əhəmiyyətini göstərməklə yanaşı, ölkədə fiziki cəhətdən qüsurlu insanların idmanla məşğulluğuna, onların sosial rifahına yönəldilən diqqət və qayğının nümunəsidir. Kompleksin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirakı etmişdilər. Bu, ölkədə idmana və ümumiyyətlə, Azərbaycanda əhalinin hər bir təbəqəsinə sosial ədalət prinsiplərinə əsaslanan münasibətin göstəricisi idi. Əlil idmançılar, onların məşqçiləri, eləcə də Paralimpiya Komitəsinin və ölkə idman ictimaiyyəti nümayəndələrinin də iştirakı ilə keçirilən açılış mərasimindən sonra Prezident İlham Əliyev “Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir”, - demişdi. Dövlət başçısının xeyir-duası bu gün də paralimpiyaçıları yeni-yeni qələbələrə ruhlandırır: “Əminəm ki, siz bu idman mərkəzindən çox səmərəli şəkildə istifadə edəcək və öz hazırlıq səviyyənizi daha da yüksəkdə saxlayacaqsınız. Siz də öz həyatınızı idmana həsr etmisiniz. Sizin həyatınızda idman çox böyük yer tutur. Mən çox şadam ki, biz Azərbaycanda belə gözəl mərkəzin yaranmasına nail ola bilmişik”.

Ölkəmizdə paralimpiyaçılara dövlət tərəfindən göstərilən böyük diqqət və qayğı dünya ictimaiyyətinin də diqqətindədir. Təsadüfi deyil ki, 2010-cu ilin avqustunda ölkəmizdə səfərdə olmuş Beynəlxalq Korlar İdmanı Federasiyasının cüdo komitəsinin, Beynəlxalq Paralimpiya Cüdo Federasiyasının prezidenti Jan-Klod Priyer Azərbaycanda gördüklərinə heyranlığını belə ifadə etmişdi: “Azərbaycan idmançılarının bəxti gətirib. Ölkənizdə idmanın inkişafına böyük diqqət yetirilir. Dövlətin xüsusi diqqət və qayğısı idmançıları və məşqçiləri daha səylə çalışmağa, döyüş əzmi göstərməyə və yeni-yeni nailiyyətlərə imza atmağa ruhlandırır”.

“Citius, altius, fortius” - bu gün olimpiya devizi kimi tanıdığımız bu ifadə, əslində, insan sağlamlığının keşiyində dayanmış ilk idman növü olan atletikanın şüarıdır. Onun bugünkü ifadə tərzi belədir: “Güclü olmaq istəyirsənsə, qaç”. Elə buna görədir ki, atletikaya təsadüfən “idmanın kraliçası” deyilmir. Müstəqil Azərbaycanın ilk paralimpiya oyunlarında ən yaxşı nəticəni məhz atletimiz göstərmişdi. Bunadək yenicə qurulan Milli Paralimpiya Komitəsi Moskva marafonunda Aleksandr Antofinin iştirakını təmin etmişdi. Yüz iştirakçı arasında o, 12-ci yeri tutmuşdur. Onunla yanaşı, komandada Zair Abdullayev və İmam Hüseynov da yer almışdılar. Lakin Atlantada A.Antofiyə çıxış etmək icazəsi alındı. Antofi marafonda 5-yeri tutmuşdur.

Cari ildə Londonda keçiriləcək Yay Paralimpiya Oyunlarına 26 lisenziyanın qazanıldığını bildirən Milli Paralimpiya Komitəsinin icraçı direktoru Şaiq Həmidov aprelin sonundan iyunadək idmançılarımızın İngiltərədə təlim-məşq toplanışlarının keçiriləcəyini diqqətə çatdırmışdır. O demişdir: “İdmançılarımızın 2009-2012-ci illərdə iştirak etdikləri qitə və dünya çempionatlarında qazandıqları uğurlar və yüksək əyarlı medallar onların London Yay Paralimpiya Oyunlarında müvəffəqiyyətlə iştirak edəcəklərinə inamı artırır. 2008-ci ildə Pekində keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçumuz İlham Zəkiyev və atletimiz Oloxan Musayev cari ildə təşkil olunacaq Paralimpiya Oyunlarına da lisenziya qazanmışlar. London Yay Paralimpiya Oyunlarında 5 qızıl medal qazanmağı qarşımıza hədəf qoymuşuq. Ölkəmizdə yaradılan idman infrastrukturu idmançıların beynəlxalq yarışlara rahat hazırlaşmasına və respublikamızda mötəbər yarışların keçirilməsinə imkan verir”.

Müstəqilliyin bərpasından sonra Azərbaycan paralimpiyaçıları 1996-cı ildə ilk dəfə X Atlanta Yay Paralimpiya oyunlarına qatılsalar da, mükafatçılar sırasına düşə bilməmişlər. İdmançılarımızın uğur səhifəsi XI Sidney Yay Paralimpiya Oyunlarından başlamışdır. 2000-ci ildə 3 idman növündə 7 idmançı ilə Paralimpiya Oyunlarında iştirak edən komandamız güllə atıcılığında kiçik çaplı tapançadan 50 metr məsafəyə sərbəst atəş açmada gümüş medal qazanaraq Azərbaycanı 122 ölkə arasında 60-cı etmişdir. Dörd il sonra Afinada keçirilən mötəbər yarışda isə komandamız 2 qızıl, 1 gümüş və 1 bürünc medal ilə Vətənə dönmüşdür. Cüdoçular arasında İlham Zəkiyev, atletikanın uzunluğa tullanma yarışlarında Oleq Panyutin qızıl medala sahib olmuşlar. Atletikanın üçtəkanla uzunluğa tullanma yarışlarında Zeynidin Bilalov gümüş medal əldə etmişdir. Qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə güllə atıcılığı mübarizəsini Yelena Taranova bürünc medalla başa vurmuşdur. Beləliklə, respublikamız 135 ölkə arasında 46-cı yerdə olmuşdur.

Ölkəmizdə geniş vüsət alan Paralimpiya Hərəkatı özünü 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında yaxşı tərəfdən göstərmişdir. Çinin paytaxtında 4 idman növündən 18 idmançımız medal uğrunda mübarizə aparmışdır. Bu mötəbər yarışda paralimpiyaçılarımız 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanmışlar. Cüdoçular arasında İlham Zəkiyev qızıl medal qazanaraq, ikiqat paralimpiya çempionu olmuşdur. Ölkəmizin ikinci qızıl mükafatını atletikanın nüvəatma yarışlarında 19 yaşlı Oloxan Musayev əldə etmişdir. Atletlərimizdən üçtəkanla tullanma yarışlarında Zeynidin Bilalov, cüdoçulardan Tofiq Məmmədov və Kərim Sərdarov gümüş medallara sahib çıxmışlar. İki yüz metr məsafəyə qaçan Vüqar Mehdiyev, 400 metr məsafəyə qaçışda Rza Osmanov, uzunluğa tullanan Oleq Panyutin, üç təkanla tullanan Vladimir Zayets və cüdoçumuz Ramin İbrahimov bürünc medal qazanmışlar. Komandamız 146 ölkə arasında 38-ci olmuşdur.

Sadalanan bütün qələbələr bir mənbədən qaynaqlanır. Bu da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin və hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu qayğının qarşılığında idmançılarımız var gücləri ilə çalışmalı, mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını qaldırmalı və himnimizi səsləndirməlidirlər.

Növbəti hədəf isə 2012-ci il London Yay Paralimpiya Oyunlarıdır. İnanırıq ki, bu dəfə də istək, zəhmət və mübarizə paralimpiyaçılarımızın qələbələrini təmin edəcəkdir.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

AZƏRTAC

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO