Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

QHT sədri: COP29-a ev sahibliyi edəcək Bakı iki həftə dünyanın ekoloji mərkəzi olacaq

QHT sədri: COP29-a ev sahibliyi edəcək Bakı iki həftə dünyanın ekoloji mərkəzi olacaq

Dünyanın bir nömrəli beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkəmizin nüfuzunun göstəricisidir

Bakı, 13 yanvar, AZƏRTAC

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bakı iki həftə dünyanın mühüm mərkəzinə çevriləcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də məhz bu missiyaya xidmət edir. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə böyük potensiala malikdir. Ona görə də yaşıl enerjinin istehsalına böyük əhəmiyyət verir. Biz bunu Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərdə də müşahidə edə bilərik. 2021-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm Sərəncam imzalayıb. Fərəh hissi ilə bildiririk ki, həmin Sərəncam uğurla icra olunur.

COP29-un keçiriləcəyi iki həftə ərzində qonaqlar regionlara, işğaldan azad olunan ərazilərə də səfər edəcəklər. Ölkəmiz COP29 gündəliyinə mina təhlükələri, eləcə də müharibənin ekoloji təhlükələri ilə bağlı mövzuları da daxil edə bilər. Çünki Qarabağın işğal altında qaldığı dövrlərdə ətraf mühitə vurulan zərər, eləcə də minalarla çirklənməsi ciddi problem olaraq qalır.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ildə Azərbaycanın COP29 kimi nüfuzlu tədbirdə ev sahibliyi edəcəyini vurğulayaraq deyib: “Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir”.

Bunu COP29-un ölkəmiz üçün əhəmiyyətini AZƏRTAC-a şərh edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü Rahilə Mehtiyeva bildirib.

Ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində ekologiyanın inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılacaq

“Ötən illərdə respublikamızda görülən işlər bir daha təsdiq edir ki, ölkəmiz iqlim dəyişikliyi mövzusuna ciddi yanaşır. Bütün dünya bir daha şahid oldu ki, torpaqlarımızın işğal altında qaldığı müddətdə erməni barbarları ekosidlə məşğul olub. Eyni zamanda, böyük sahədə meşələri qırıb, betonlaşdırılmış bunkerlər və səngərlər qazaraq təbii sərvətlərimizi məhv ediblər.

Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Respublikamızın şirin su ehtiyatları ilə zəif təmin olunmuş ölkələr siyahısında ilk sıralarda olduğunu nəzərə almalıyıq. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan da bu istiqamətdə əmin addımlarla irəliləyir. Düşünürəm ki, bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmayıb. COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görəcəklər. Biz də vətəndaş cəmiyyəti olaraq, ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirdə ətraf mühit və ekologiyanın inkişafı istiqamətində bir neçə proqram və müxtəlif layihələri reallaşdırmağı nəzərdə tuturuq”, - deyə Rahilə Mehtiyeva vurğulayıb.

Azərbaycanda ətraf mühitin qorunması hər zaman dövlətin diqqət mərkəzində olub

İctimai Birliyin  sədrinin sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edib ki, ölkəmiz öz maliyyə vəsaitini “yaşıl enerji”nin bərpasına ayırmalıdır. Bununla ölkəmiz həm inkişaf edər, həm də dünyaya önəmli töhfə verər. Azərbaycanda ətraf mühitin qorunması hər zaman dövlətin diqqət mərkəzində olub. Həm ölkə daxilində keçirilən müxtəlif tədbirlər, həm də Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər bunun bariz nümunəsidir.

Otuz ilə yaxın torpaqlarımızın 20 faizdən çoxunun işğal altında qalması nəticəsində həmin sahələr ekoloji tədbirlərdən məhrum olmaqla yanaşı, eyni zamanda, ekoterrora məruz qalmışdı. Meşələr və təbii sərvətlərimiz Ermənistan tərəfindən talanmışdı, biomüxtəlifliyə ciddi ziyan vurulmuşdu. Üç il əvvəl qazanılan tarixi Qələbədən sonra dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıqlara əsasən həmin ərazilərdə geniş quruculuq və abadlıq işlərinə başlanıldı.

Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulan respublikalardandır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf - 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması müəyyənləşdirilib.

“Əldə edilən ən böyük uğurlardan biri Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə COP-u keçirəcək ölkə kimi müəyyənləşdirməsidir. COP29-a ev sahibliyi edəcək dövlət kimi seçilməyimiz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Həmçinin erməni lobbisinin, Azərbaycanın inkişafını gözü götürməyən, ölkəmizdə əmin-amanlığın olmasını istəməyən qüvvələrin yalanlarının iflasa uğramasıdır. Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Müasir infrastruktura və təhlükəsizliyə malik olması belə mötəbər tədbirlərin keçirilməsi üçün ölkəmizə etimad göstərilməsinə səbəb olur. İnanıram ki, Azərbaycan COP29-u da uğurla təşkil edəcək və ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verəcək”, - deyə R.Mehtiyeva fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV