QİƏT PA-NIN NİZAMNAMƏSİ YENİDƏN HAZIRLANIR
Milli Məclisin üzvü Asəf Hacıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, buna səbəb iri dövlətlərin təşkilatda söz sahibinə çevrilmələri və strukturların əksəriyyətində manapoliya yaratmaları QİƏT-ə üzv olan xırda ölkələrin ciddi narazılığına səbəb olmuşdur. Assambleyanın ötən il İstanbul və Tbilisidə keçirilən sessiyalarında bir neçə dövlət iclasları tərk etmişlər. Ona görə də rəhbərlik təşkilatın nizamnaməsinə və reqlamentinə dəyişiklik edilməsini qərara almışdır. Yaradılmış işçi qrupu tərəfindən yeni nizamnaməni hazırlamış, bu ilin sentyabr ayının ortalarında İstanbulda son tamamlama işləri başa çatdırılacaq və Assambleyanın sesiyasının gündəliyinə çıxarılacaqdır.
Yeni layihə üzv dövlətlərin nümayəndə heyətləriinə qurumun yüksək
postlarından birini tutmağa imkan verəcəkdir.