DÜNYA
Qırğızıstan Prezidentinin Fərnamı ilə Omurbek Babanov ölkənin Baş naziri təyin olunmuşdur
Bişkek 25 dekabr (AZƏRTAC). Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə dövlət başçısı Almazbek Atambayevin Fərmanı ilə Omurbek Babanov ölkənin Baş naziri təyin olunmuşdur.
Dekabrın 23-də Qırğızıstan parlamenti-Joqorku Keneş Omurbek Babanovu səs çoxluğu ilə ölkənin Baş naziri təsdiq etmişdir.
Omurbek Babanov 2005-2007-ci illərdə Qırğızıstan parlamentinin deputatı olmuş, 2010-cu il dekabrın 17-dən isə Baş nazirin birinci müavini vəzifəsində çalışmışdır.
Prezident Almazbek Atambayevin digər Fərmanlarına əsasən Aalı Karaşev, Joomart Otorbaev və Qulnara Asımbekova Baş nazirin müavinləri, Toroqul Bekov Hökumət Aparatının rəhbəri, Ruslan Kazakbaev xarici işlər, Akılbek Japarov maliyyə, Temir Satıev iqtisadiyyat və antiinsihar siyasəti, Zarılbek Rısaliev daxili işlər, Almambek Şikmamatov ədliyyə, Askar Şadiev sənaye və energetika, Kubatbek Boronov fövqəladə hallar, Kalıkbek Sultanov nəqliyyat və kommunikasiya, Dinara Saqınbaeva səhiyyə, Kanatbek Sadıkov təhsil və elm, Ravşan Sabirov sosial inkişaf, Saparbek Tınaev kənd təsərrüfatı və meliorasiya, Alisbek Alımkulov gənclər, əmək və məşğulluq, İbraqim Junusov isə mədəniyyət və turizm nazirləri təyin olunmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri,
Bişkek