QUŞ QRİPİ İLƏ BAĞLI NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLƏCƏKDİR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 12-də quş qripi ilə bağlı bu il dördüncü monitorinq keçiriləcəkdir.
Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı milli park və qoruqlarda, ölkənin dənizsahili zonalarında köçəri quşların, respublikanın bütün ərazisində ev quşlarının monitorinqi keçiriləcəkdir.
Götürülmüş qan nümunələri və patoloji nümunələr respublika Baytarlıq laboratoriyasında analiz ediləcək, nəticələr mayın 23-də ictimaiyyətə açıqlanacaqdır.
Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə olunmasına qoyulan qadağa qüvvədədir.
Ölkədə epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]