“QUŞ QRİPİ” ÜZRƏ NÖVBƏTİ MONİTORİNQ BAŞLANDI
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 18-dən Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər, habelə Səhiyyə nazirlikləri mütəxəssislərinin iştirakı ilə növbəti monitorinq başlamışdır.
Tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan Abşeron yarımadasında, Sarvan Ovçuluq Təsərrüfatında, Şirvan və Ağgöl milli parklarında, Qızılağac Milli Qoruğunda həyata keçiriləcəkdir. Bundan əlavə, quşçuluq və şəxsi təsərrüfatlardan da qan nümunələrinin götürülməsi nəzərdə tutulur.
Monitorinq sentyabrın 22-də başa çatacaqdır. Götürülmüş qan və pataloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaqdır.
Xatırladaq ki, sərhədlərdə baytarlıq nəzarəti məntəqələri ciddi iş rejimində fəaliyyət göstərir, rayonların baytarlıq idarələri kifayət qədər dezinfeksiyaedici maddələrlə təmin edilmişdir, xəstəlik qeyd olunan ölkələrdən diri quş, quş məhsulları, yem və yem əlavələrinin gətirilməsinə, habelə köçəri quşların ovlanmasına qoyulmuş qadağa qüvvədə qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]