MƏDƏNİYYƏT
“RANDOM DANS” QRUPUNUN SOLİSTLƏRİ BAKIYA GƏLƏCƏKDİR
Britaniyanin “Random dans” qrupunun solistləri Odett Hyuzun və Jasmin Fitterin yanvarın ilk əvvəllərində Bakıya gələcəyi gözlərilir. Bakı Xoreoqrafiya Məktəbindən AZƏRTAC-a bildirmişlər ki, onlar məktəbdə ustad dərsləri keçəcəklər. Dərslərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc artistləri də iştirak edəcəklər.
Britaniyalı “müəllimlər” səhnə rəqsinin plastikasından da dərs keçəcəklər. Bundan sonra ingilis xoreoqrafları Azərbaycanın bir qrup balet artisti ilə birlikdə rəqs tamaşası hazırlayacaqlar.
“Random dans” qrupu solistlərinin Bakıya səfərini Britaniya Şurası təşkil etmişdir.