“Red Bull Air Race” Dunayı Balaton ilə əvəz edəcək
Budapeşt, 1 aprel, AZƏRTAC
Budapeşt meriyası adətən Dunay çayı üzərində keçirilən “Red Bull Air Race” yürüşünün bu il Macarıstan paytaxtında keçirilməsinə icazə verməyib (bax: https://azertag.az/ru/xeber/Budapesht_otkazal_v_provedenii_gonki_Red_Bull_Air_Race-1261068).
AZƏRTAC xəbər verir ki, bu gün alınan məlumata görə, bu il “Red Bull Air Race” dünya çempionatının Macarıstan mərhələsi Balaton gölü sahilində yerləşən kiçik Zamardi şəhərində keçiriləcək. Zamardi şəhər bələdiyyəsinin rəhbəri Dyula Çakoviç bu haqda məlumatı jurnalistlərə bu gün çatdırıb. Məlumatda göstərilir ki, yürüşün bir mərhələsinin Zamardi şəhərində keçirilməsi qərara alınıb, lakin texniki təfərrüatı hələ razılaşdırmaq lazımdır.
Məlumat üçün bildirək ki, “Red Bull Air Race” yarışları 2003-cü ildə “Red Bull GmbH” şirkətinin təşəbbüsü ilə təsis edilib. Bu yürüşlərin iştirakçıları mürəkkəb maneələr zolağını ən qısa müddətdə dəf etmək uğrunda mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]