İQTİSADİYYAT
Regionlarda müasir rabitə sistemi yaradılır
Bakı, 25 dekabr (AZƏRTAC). “Aztelekom” İstehsalat Birliyi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün kompleks tədbirlərə başlamışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Tovuz, Ucar,Ağstafa, Qusar, Quba və Şabran telekommunikasiya qovşaqlarının inzibati binalarında əsaslı təmir işləri aparılmış və binalar müasir üslubda yenidən qurularaq istifadəyə verilmişdir.
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə tədbirlər digər rayonlarda və bölgələrdə də davam edir. Ölkə üzrə yaşayış məntəqələri elektron stansiyalarla təmin edilərək müasir rabitə sistemi yaradılır.