Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: Yoluxmaların azalması gələcəkdə məhdudiyyətlərin aradan qaldırılması üçün əsas verir

Rəşad Mahmudov: Yoluxmaların azalması gələcəkdə məhdudiyyətlərin aradan qaldırılması üçün əsas verir

Bakı, 20 may, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada tüğyan etdiyi 14 ay ərzində üçüncü dalğa getdikcə zəifləməyə doğru gedir. Yoluxanların statistikasında azalmalar, sağalanların sayının artması, peyvənd edilənlərin sayının getdikcə çoxalması böyük ümidlər yaradır. Şübhəsiz ki, bütün bunlar tətbiq edilən karantin məhdudiyyətlərində bəzi güzəşt və yumşaldılmalara gedilməsini, həyatın əvvəlki məcrasına qayıtmasına inam hissini gücləndirir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor Rəşad Mahmudov bu barədə deyib: “Əlbəttə, həm ölkəmizdə, həm də regionumuzda bunu bir dalğa kimi qiymətləndirsək, əvvəlki vaxtlarla müqayisə edəndə hesab edirəm ki, dalğanın sönmə mərhələsindəyik. Son vaxtlar yoluxanların sayı ilə əlaqədar rəqəmlər gündən-günə azalaraq xəstəxanalara düşən yükün azalmasına səbəb oldu. Bunlar əlbəttə, sevindirici məqamlardır və yay mövsümünə keçid ərəfəsində karantin qaydalarının yumşaldılması barədə qərarların verilib-verilməyəcəyi barədə müzakirələrin ortaya çıxmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatda bildirilir ki, xəstəxanalarda, xüsusilə reanimasiya otaqlarının 60-70 faizindən çox hissəsinin dolduğu zaman həmin ölkələrdə karantin rejiminin sərtləşməsi zərurəti gündəmə gəlir. Şükürlər olsun ki, həmin rəqəmlər bizim ölkəmizdə 60 faizdən az təşkil etdiyinə görə, həm aidiyyəti qurumların, həm də səhiyyə strukturlarının və xəstəliklə mübarizə aparanların işi nisbətən yüngülləşir. Yoluxma sayında baş verən azalma statistikası qənaətbəxşdir və arzu olunan odur ki, yaxın günlərdə həmin rəqəmlər hətta 100-dən də aşağıya ensin”.

Yoluxmanın azalması səbəbləri barədə danışan deputat qeyd edib ki, tarixi məlumatlara nəzər salsaq, hər bir epidemioloji dalğanın başlanğıcı olduğu kimi, sonu da olur. Bundan başqa hər bir virus xəstəliyinin karantin rejimi tətbiq edilmədiyi şəraitdə də alovlanma və sönmə dövrü var: “Onda belə bir sual yaranır: əgər karantin rejiminin heç bir əhəmiyyəti yoxdursa və xəstəlik təbii gedişatına görə azalırsa, onda bunu tətbiq etməyin nə mənası var? Lakin bu, belə deyil. Məlum olan fakt bundan ibarətdir ki, dalğanın yüksəlməyə başladığı və artdığı mərhələdə karantin rejiminin tətbiqi baş verə biləcək daha böyük alovun qarşısının alınmasına və bununla əlaqədar olaraq hər bir ölkənin səhiyyəsinin yüklənməsinin qarşısını almağa xidmət edir. Peyvənd vurulması nəticəsində orqanizmdə anticisimlərin əmələ gəlməsi ağırlaşmaların və eləcə də xəstəxanalarda həyati təhlükə yaşanmasının qarşısının alınması baxımından çox əhəmiyyətli bir hadisədir. İstər təbii yolla, yəni xəstəliyə yoluxduqdan sonra, istərsə də peyvəndlər vasitəsilə orqanizmdə anticisimlərin əmələ gəlməsi xəstəliklə mübarizədə immun sisteminin güclənməsi təhlükə ilə üzləşməmək üçün sığorta vasitəsidir. Bu gün hər bir ölkədə yoluxanlar və sağalanlar barədə ümumi məlumatlar olsa da, əslində həmin rəqəmlərdən üç-dörd dəfə daha çox yoluxmalar olduğu güman edilir. Cəmiyyətin 60-70 faizinin peyvənd edilməsi təkcə xəstəliyin yoluxması və yayılmasının həcminin azaldılması baxımından deyil, reanimasiyaya düşmə və həyatı itirmə təhlükəsi ilə qarşılaşmanın minimuma endirilməsi baxımından da çox böyük əhəmiyyət daşıyır. Bu gün də peyvənd olunub-olunmamaq, hansı növ peyvəndin daha faydalı olması mövzusu gündəm olaraq qalır. Lakin artıq dünyada tətbiq olunan yüzlərlə peyvənd içərisində özünü təsdiqləmiş beş-altı peyvənd var və ölkəmizdə də məhz onlar tətbiq edilir. Həmin peyvəndlərin dörd-beş aylıq klinik nəticələri də məlumdur. Konkret onu demək olar ki, tətbiq olunan peyvəndlərin indiyə qədər həyati təhlükəyə aparıb çıxaran hər hansı yan təsirə səbəb olmadığı sübut olunub. Peyvəndlə əlaqədar 5 faiz halda keçici yan təsirlər mövcud ola bilər və bu hallar ağırlaşaraq reanimasiyaya düşmək və həyatını itirmək təhlükəsi ilə üzləşməklə müqayisədə heç də ciddi fəsad deyildir. Ölkəmizdə 18 yaşından yuxarı hər kəsin könüllülük əsasında peyvənd olunması üçün imkan yaradılması cəmiyyətin böyük bir hissəsinin rahatlığının təmin edilməsi deməkdir. Lakin bunlar nə qədər xoş olsa da, müraciətlərin sayı və real mənzərə heç də xoş deyil. Təəssüf ki, cəmiyyətin müəyyən bir hissəsi hansısa səbəbdən bu prosesdən uzaqlaşıb və ya tərəddüd edir. Əlbəttə ki, bunlar narahatedici hallardır. Pandemiyanın nə qədər davam edəcəyi, mutasiyaların bundan sonra hara aparacağı, baş verə biləcək dalğalar qarşısında səhiyyənin dayanma gücü barədə proqnoz vermək təəssüf ki, mümkün deyil. Bu həqiqətləri qəbul edən sağlam düşüncəli cəmiyyət peyvəndləmə prosesində daha fəal və kütləvi şəkildə iştirak etməklə gələcək normal həyatı və ətrafında olan doğmaları qorumağın mümkün olduğunu anlamalıdır.

Peyvəndlər barədə danışan professor bildirib: “Peyvəndlərin təsiri gücü haqqında konkret söz demək mümkün deyil , istər "Sinovac”, istərsə də “Sputnik V” peyvəndinin ən üstün cəhəti təhlükəsizliyidir, hər ikisi ənənəvi üsulla hazırlandığından onların uzun müddət hər hansı yan təsirə malik olmadığı tibbə məlumdur. “Sinovac” peyvəndinin qorunma göstəricilərinin 95, hətta bəzi məlumatlarda 98 faiz, reanimasiyaya düşmə və həyatını itirmə hallarının qarşısını 100 faiz aldığı barədə məlumatların olması böyük ümid verir. “Sputnik V” peyvəndinin yalnız Rusiyada deyil, dünyanın bir çox ölkəsində geniş tətbiq edilməsi həm onun yan təsirinin olmaması, həm də effektivliyi ilə əlaqədar göstərilən rəqəmlər sevindiricidir. Azərbaycan hökuməti də bütün bunları nəzərə alaraq onların ölkəmizdə tətbiqinə icazə verib. Ümid etmək olar ki, onların və “AstraZeneka” şirkətinin peyvəndinin tətbiqi ilə fərqlilik və çeşidlilik ortaya çıxdıqdan sonra hansısa bəhanələrlə prosesdən kənarda qalan cəmiyyət üzvləri də vaksinasiya olunacaqlar. Payız aylarına qədər olan dövr qızıl vaxtdır və bu dövrdə əhalinin böyük bir hissəsinin bu işə cəlb olunması gələcək yumşalmalar və normal həyata qayıdışın əsas xəbərçisi ola bilər.

Ölkəmizdə karantin qaydalarının yumşaldılması üçün məsuliyyət daşıyan qurumlar beynəlxalq təcrübəyə uyğun olaraq addımlar atırlar. Son bir il ərzində baş verənlərdən səhiyyə işçiləri çox şey öyrəndilər və bununla əlaqədar davranışlarda həm də standart münasibətin olmadığını gördük. Dalğaların artma ehtimalı olan vaxtlarda yoluxma sayının artmadığı ölkələrdə verilən qərarlar yan təsirlərə daha məruz qaldılar. Mənim fikrimcə, ən düzgün qərarlardan biri təhsil sistemi ilə əlaqədar oldu, əyani və onlayn təhsilin üstünlükləri barədə mübahisə açmağa dəyməz, çünki ənənəvi təhsilin daha üstün olduğu hər kəsə məlumdur. Lakin ölkədəki epidemioloji vəziyyətə təsir edə bilən onlayn və ya ənənəvi təhsilə keçmək belə kataklizmlərə qarşı dövlətin və aidiyyəti qurumların düzgün addım atmaq çevikliyindən irəli gəlir. Ona görə bunları nəzərə alan hökumət istər toy mərasimlərinin keçirilməsi, istər sosial həyatdakı digər azadlıqların verilməsi, eləcə də psixoloji baxımdan yorğunluq yaradan maska taxmağın açıq havada istifadə edilib-edilməməsi ilə əlaqədar daha düzgün qərar verə bilər. Bu həqiqəti qəbul etmək lazımdır ki, bir gün pandemiyadan qurtulmaq mümkün olsun. Amma COVID həyatımıza daxil olduğuna görə uzun müddət bizimlə birlikdə olacaq. Ona görə də COVID-ə qarşı əks təbliğat aparmaqla deyil, onunla birlikdə yaşamağı öyrənmək məcburiyyətindəyik. Yoluxma sayında azalmalar indiki şəkildə davam edərsə, yəqin ki, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusən yay aylarının gəlməsi açıq havada tədbirlərin keçirilmək imkanı yaratdığına görə, epidemioloji standartlara uyğun şəkildə toy mərasimlərinin və digər tədbirlərin keçirilməsinə icazə məsələsinə baxacaq. Həm də şadlıq saraylarının həddindən çox böyük olmasını nəzərdə alaraq onun dörddə biri həcmində qonaqların iştirakı ilə rahat, heç bir epidemioloji təhlükə yaratmayan tədbirlərin keçirilməsinə icazə verilə bilər. Əlbəttə, təhlillər aparılır, yaxın gələcəkdə istər açıq havada maskalardan istifadə edilməsi, istərsə də uyğun kriteriyalar çərçivəsində toy mərasimlərinin keçirilməsi ilə əlaqədar qərar verilməsi ehtimalı yüksəkdir”.

R. Mahmudov yaxın vaxtlarda çimərlik mövsümü, eləcə də digər sahələrdə məhdudiyyətlərin aradan qaldırılmasının mümkünlüyü barədə deyib: “Dünya ekspertləri keçənilki təcrübəyə istinadla belə qənaətə gəliblər ki, çimərlik əhalinin sıx olduğu yer kimi görünsə də, açıq hava şəraitində duzlu sudan istifadə edilməsinin epidemioloji vəziyyəti gərginləşdirmək baxımından xüsusi bir təsiri yoxdur. Bunu nəzərə alaraq düşünürəm ki, bu yay mövsümündə nəinki ölkəmizdə, dünyada çimərliklərin sərt şəkildə bağlanılması yalnız yoluxmanın nəzarətdən çıxan təqdirdə ola bilər. Dünyanın bir çox tədqiqat mərkəzlərinin tövsiyə etdiyi və Avropada tətbiq olunan belə bir qayda var: yüz min əhaliyə 14 gün müddətində düşən xəstə sayı 50-yə bərabər olanda bunu çox yaxşı göstərici kimi qəbul edirlər və demək olar ki, sərbəstliyə imkan yaradılır. Həmin rəqəmin 100-dən artıq olması tətbiq edilən məhdudiyyətlərin ağırlaşdırılması, 50 ilə 100 arasında olması isə ölkədəki səhiyyə və digər sahələrdə məhdudiyyətlər sahəsində müəyyən qərar çıxarmağa imkan yaradır. Hazırda ölkəmizdə 14 gün ərzində 100 min əhaliyə düşən xəstə sayı 50-70 arasındadır. Bu, gələcəkdə məhdudiyyətlərin aradan qaldırılması üçün əsas verir. Həm də təkcə rəqəmlər deyil, COVID-19 aqressivliyindən əl çəkməsə də, ölkəmizin səhiyyə işçilərinin xəstəliyin ağır vaxtlarında qazandığı təcrübə və uğurlar yarana biləcək problemlərin öhdəsindən daha az itkilərlə gəlmək üçün böyük imkanlar yaradır”.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, ölkədə epidemioloji vəziyyət dəyərləndirilərək yumşaldılma tədbirləri barədə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirələr aparılır. Bununla bağlı hələ ki, rəsmi qərar qəbul edilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib