Rəşad Nəbiyev: Aviasiya sektorunda təşəbbüslərimizə süni intellektdən istifadə daxildir
Bakı, 12 iyun, AZƏRTAC
Müxtəlif regionlarda münaqişələrin və siyasi qeyri-sabitliyin qəfil artması hava hərəkətinin təhlükəsizliyi və koordinasiyasında qeyri-sabitliyə səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxış zamanı deyib.
Onun sözlərinə görə, sənayenin 2050-ci ilə qədər net sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə məsuliyyət yaradır.
“Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90 faizinə nəzarət edən CANSO üzvləri davamlı və təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə və birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər. Azərbaycan CANSO ilə əməkdaşlığını daha da genişləndirməkdə maraqlıdır. Hədəfimiz regional səviyyədə qonşu ölkələrlə əməkdaşlığımızı birgə layihələr vasitəsilə genişləndirmək, hava məkanının səmərəliliyini və təhlükəsizliyini yüksəltməkdir. Təşəbbüslərimizə, həmçinin aviasiya sektorunda rəqəmsal transformasiyada qlobal tendensiyalara uyğun olaraq hava nəqliyyatı trafikini optimallaşdırmaq və idarə etmək üçün böyük verilənlər və süni intellekt kimi texnologiyalardan istifadə daxildir”, - deyə Rəşad Nəbiyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]