Rəsmi Tehran İran mənşəli fransız qadın alimin həbs olunduğunu təsdiqləyib
Bakı, 16 iyul, AZƏRTAC
Rəsmi Tehran İran mənşəli fransız qadın aliminin həbs olunduğunu təsdiqləyib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İranın ədliyyə orqanlarının sözçüsü Qulamhüseyn İsmaili Tehranda keçirdiyi mətbuat konfransında alim Fəribə Adelxahın həbs olunduğunu təsdiq etsə də, insidentin səbəblərini izah etməyib. O əlavə edib ki, istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
İyulun 15-də Fransanın Xarici İşlər Nazirliyi Tehrandakı konsulunun qadın alim ilə təcili görüşməsi üçün şərait yaradılmasını tələb edib. Nazirliyin bəyanatında bildirilir: “Fransa İran hakimiyyətini xanım Adelxah ilə vəziyyətə dərhal aydınlıq gətirilməsinə çağırır, həmçinin konsulluq nümayəndəsinin onunla görüşməsi üçün şərait yaradılması tələbini bir daha təkrar edir”.
İran müxalifəti isə bildirir ki, “İranın müasirləşməsi” kitabında 1979-cu ildən sonra bu ölkədə baş vermiş dəyişiklikləri qələmə almış qadın alim ötən ay Tehranda müəmmalı şəkildə yoxa çıxıb. İddia edilir ki, İran polisi vaxtaşırı olaraq ikili vətəndaşlığı olan şəxsləri həbs edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]